“Hər il Saatlının kəndlərinə qazın çəkilməməsi problemini qaldırıram” Deputat Əziz Ələkbərli
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
“Saatlı rayonunun hər dörd kəndindən birində qaz yoxdur. Mən hər il bu məsələni qaldırıram amma, heç bir həll yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu deputat Əziz Ələkbərli parlamentin bu gün keçirilən 2025-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı deyib.
O, müvafiq qurumlardan həmin kəndlərə qazın çəkilməsinin iqtisadi səmərəsiz olduğuna dair cavab aldığını bildirib:
“Saatlı rayonundakı qazsız kəndlərin hamısı bir-birinin yanındadır, qaz xətləri həmin kəndlərin yanından keçir. Belə olan halda həmin kəndlərə qaz çəkilməsi niyə iqtisadi səmərəsiz hesab olunur? Xahiş edirəm, bu məsələ öz həllini tapsın ki, mən də gələn il, dördüncü dəfə bu məsələni qaldırmayım”.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 26 Noyabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















