Icma.az
close
up
RU
Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var VİDEO

Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var VİDEO

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Bakıda fəaliyyət göstərən restoranlardan birində çəkilən kadrlar geniş müzakirələrə səbəb olub. Belə ki, azyaşlı qızın səhnəyə çıxaraq kişi müğənni ilə birgə mahnı ifa etməsi və rəqs etməsi, xüsusilə də onun geyim seçimi birmənalı qarşılanmayıb.
İstifadəçilər uşağın səhnə performansından çox, yaşına uyğun hesab edilməyən geyiminin etik və psixoloji tərəflərini müzakirə edir, azyaşlıların ictimai məkanlarda iştirakı və onların qorunması məsələsini gündəmə gətirirlər. Hadisə cəmiyyətdə valideyn məsuliyyəti, obyekt sahiblərinin rolu və ümumilikdə azyaşlıların maraqlarının necə qorunmalı olduğu ilə bağlı suallar doğurub.
Uşaq hüquqları üzrə müdafiəçi Aynurə Bəhrəm Demokrat.az-a açıqlamasında deyib ki, azyaşlı bir uşağın ictimai məkanda, kommersiya məqsədli bir səhnədə çıxış etməsi ilk növbədə onun maraqları prizmasından qiymətləndirilməlidir:
“Burada əsas sual budur ki, bu, uşağın inkişafına xidmət edirmi, yoxsa böyüklərin maraqlarına? BMT-nin Uşaq Hüquqları Konvensiyasına görə, uşağın ali mənafeyi bütün qərarlarda əsas götürülməlidir. Əgər uşağın geyimi və səhnə davranışı onun yaşına uyğun deyilsə və ictimai müzakirəyə səbəb olacaq formadadırsa, bu artıq qəbuledilməzdir. Uşaq hələ formalaşma mərhələsindədir və onun ictimai rəyə açıq şəkildə təqdim olunması doğru deyil. Valideyn məsuliyyəti burada xüsusi vurğulanmalıdır. Valideyn övladının istedadını dəstəkləyə bilər, amma onu diqqət və reytinq naminə uyğun olmayan mühitə çıxarmaq doğru deyil. Uşaq öz seçimlərini tam şüurlu şəkildə formalaşdıra biləcək yaşda deyil və qərar verən tərəf böyüklərdir”.
O bildirib ki, obyekt sahiblərinin və təşkilatçıların da məsuliyyəti var:
“Kommersiya maraqları uşağın təhlükəsizliyindən və mənəvi rifahından üstün tutula bilməz. Restoran və ya səhnə rəhbərliyi azyaşlıların iştirakı ilə bağlı daxili qaydalar müəyyənləşdirməli və etik çərçivəni qorumağa borcludur. Cəmiyyət olaraq biz tez-tez hadisəni sensasiya prizmasından müzakirə edirik, amma sistemli yanaşma tələb olunur. Uşaqların səhnə fəaliyyəti ilə bağlı aydın hüquqi mexanizmlər, psixoloji qiymətləndirmə və nəzarət mexanizmi olmalıdır. Əks halda bu kimi hallar təkrarlanacaq və hər dəfə eyni mübahisəni yaşayacağıq. Unutmamalıyıq ki, uşaq ilk növbədə uşaqdır tamaşa elementi deyil. Onun ləyaqəti, təhlükəsizliyi və psixoloji sağlamlığı istənilən ictimai maraqdan daha üstündür. Azərbaycanda uşağın hüquqlarının pozulmasına görə valideynlər və obyekt sahibləri İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə oluna bilər. Məsələn, uşaqları qanunla qadağan olunmuş və ya zərərli fəaliyyətlərə cəlb etmə hallarına görə fərdi şəxslər üçün təxminən 1 000 - 5 000 manatadək cərimə tətbiq oluna bilər və hüquqi şəxslər (obyekt) üçün daha yüksək cərimələr nəzərdə tutulub”.
Leyla Turan
Demokrat.az
@dogrutvpost Bura Bakıdır. Bu məkana iş açılmalıdır. Uş@ğı bu cür geyindirib pul qazanırlar. Biabırçılıqdır. ©️Mikro Xəbərlər #summervibes #keşfetteyizzz #azerbaycan?? #fypシ゚ #aqupdk ♬ orijinal ses - DoğruTV Post
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Fevral 2026 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri