Icma.az
close
up
RU
Hər kəs “Gürcü Arzusu”na qarşı: müxalifət də, Avropa da, şərabçılar da

Hər kəs “Gürcü Arzusu”na qarşı: müxalifət də, Avropa da, şərabçılar da

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şərabçılar etiraza qoşulur, Avropa “sözdən əmələ” keçir, müxalifəti isə boykutu seçir

Gürcüstanda hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının siyasətinə qarşı, eyni zamanda, ölkədə yeni parlament seçkiləri tələbi ilə keçirilən etiraz aksiyaları genişlənməkdədir. Bu dəfə Gürcüstan şərabçıları, şərab tənqidçiləri və gidləri, şərab barları və mağazalarının işçiləri işlərini dayandırdıqlarını və sabah etiraz aksiyasına çıxacaqlarını bildiriblər. Aksiyanın şüarı isə belədir: “Gürcü şərabının yeri Avropadır!”.

“Biz həmkarlarımıza və onların ailələrinə qarşı vətəndaş mövqelərinə görə fiziki zorakılığı və qeyri-insani rəftarı qəti şəkildə pisləyirik. Biz rejimin artıq açıq elan edilmiş siyasətinə etiraz edirik. Bu siyasətin nəticəsində Gürcüstan Avroatlantik məkana inteqrasiya imkanını itirir. Bu, həm üzümçülük və şərabçılıq sənayesi, həm də bütövlükdə dövlətçiliyimiz və mədəni kimliyimiz üçün ekzistensial təhlükə yaradır. Gürcü şərabı, min illər əvvəl olduğu kimi, yenidən öz sivilizasiya mühitinə - Avropa ailəsinə yol tapmalıdır!", - deyə şərabçıların bəyanatında deyilir.

Ekspertlər hesab edirlər ki, şərabçıların dəstəyini itirmək Gürcüstan hökuməti üçün yaxşı siqnal deyil. Bununla yanaşı, siyasi strateqlərin qənaətincə, hakim “Gürcü Arzusu” zorakılıq tədbirləri ilə nə xalqın etirazlarının qarşısını ala biləcək, nə də Avropa ilə danışıqlarda müsbət nəticələr əldə edə biləcək.

Məsələn, bu gün Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski Aİ təsisatlarının yeni rəhbərlərinin “sözdən əmələ keçmək” əzmində olduğunu bildirib. Onun sözlərinə görə, Gürcüstandakı vəziyyət dekabrın 16-da Aİ xarici işlər nazirlərinin görüşündə, daha sonra isə Aİ Şurasının iclasında müzakirə olunacaq.

“Biz Gürcüstandakı hadisələrdən çox narahatıq. Aİ təsisatlarının yeni rəhbərliyi altında danışmağı dayandırmaq və fəaliyyətə başlamaq üçün güclü öhdəlik var”, Qerçinski vurğulayıb.

Diplomat deyib ki, Brüsseldə Gürcüstanla bağlı müxtəlif tədbirlərin razılaşdırılması üçün danışıqlar aparılır: “Ümid edirəm ki, 27 üzv dövlət konkret tədbirlər haqqında razılığa gələ bilər. Bütün variantlar masanın üstündədir. Bazar ertəsinə qədər gözləyək. Bütün variantlar, o cümlədən konkret pasport sahibləri üçün vizasız rejimin dayandırılması və ən əsası sanksiyalar nəzərdən keçiriləcək”.

Eyni zamanda, diplomatın sözlərinə görə, onlar “gürcü xalqına zərər vermək və onları cəzalandırmaq istəmirlər”.

“Bu insanlar hər axşam küçələrə çıxaraq Gürcüstan və Aİ bayraqlarını dalğalandırırlar. Məqsədimiz onları cəzalandırmaq deyil, bizim məqsədimiz hakimiyyətə güclü siqnal verməkdir ki, onların son aylarda seçdikləri yolun, xüsusən də son günlər etirazçılara qarşı amansız rəftarın qəbuledilməz olduğunu bildirək”.

Səfir Tiflisdə Avropayönlü mitinqlərin zorla dağıdılmasını pisləyib. Qerçinski haqsız yerə həbs edilənlərin azadlığa buraxılmasına və etirazçılara hücumlara görə məsuliyyət daşıyanların hamısının məsuliyyətə cəlb edilməsinə çağırıb.

Xatırladaq ki, Gürcüstanda 15-ci gündür ki, genişmiqyaslı etiraz aksiyaları keçirilir. Paytaxt Tiflisdə və ölkənin digər şəhərlərində insanlar hakimiyyətin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər təxirə salmaq qərarına etiraz edirlər. Səlahiyyətlilərin məlumatına görə, son iki həftə ərzində 400-dən çox adam saxlanılıb. Onlardan üç nəfərə qarşı cinayət işi başlanıb.

Tiflisdə hökumət əleyhinə keçirilən çoxminlik aksiyalar dəfələrlə xüsusi təyinatlılar tərəfindən dağıdılıb. Etirazçılara qarşı gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə edilib. Polis xaotik həbslər həyata keçirib. Hüquq müdafiəçiləri bildirirlər ki, təhlükəsizlik qüvvələri əsasən dinc nümayişçiləri döyüb və həbs ediblər. İctimai müdafiəçilərin sözlərinə görə, həbs olunanların 65 faizə qədəri polis tərəfindən pis rəftar edildiyini bildirib. İstintaq təcridxanalarına və xəstəxanalara baş çəkən 352 nəfərdən 157-si xəsarət alıb. Bütün bunlara ötən həftə hakimiyyətlə əlaqəli olduğu iddia edilən aqressiv qruplar da əlavə edilib. Qoluzorlu şəxslər parkların qaranlıq hissələrində jurnalistləri və nümayişçiləri döyüblər. Hakimiyyətin əleyhdarları faktlarla bağlı aparılan araşdırmaların formal xarakter daşıdığını bildirirlər. Hələ də saxlanılan təhlükəsizlik qüvvələri əməkdaşı yoxdur.

Gürcü müxalifəti isə Gürcüstanda yeni prezident seçkilərini boykot etdiyini bəyan edib. Onlar bu yaxınlarda toplanmış parlamenti qeyri-legitim hesab edirlər. Hakimiyyətin əleyhdarları Salome Zurabişvilini yeganə legitim dövlət başçısı elan ediblər.

“Yeganə legitim dövlət qurumu Gürcüstan Prezidentidir... Biz qondarma qurumu tanımırıq. Dekabrın 14-nə təyin edilmiş sözdə prezident seçkiləri Bidzina İvanişvili tərəfindən oğurluq səslərlə qazandığı parlamentin nə beynəlxalq aləmdə, nə də ölkəmizdə ictimai-siyasi legitimlik qazanıb. Qeyri-legitim parlamentin Prezident seçmək səlahiyyəti yoxdur. Ona görə də Salome Zurabişvili Gürcüstanın Prezidenti, Gürcüstan ordusunun Ali Baş Komandanıdır. Xanım Zurabişvili həmçinin ölkənin xarici əlaqələr üzrə ali nümayəndəsi olaraq qalır”, - müxalifət partiyalarının birgə bəyanatında qeyd olunub.

Müxaliflər hesab edirlər ki, bu vəziyyətdən yeganə çıxış yolu yeni parlament seçkilərinin təyin edilməsidir. Müxalifət həmçinin son iki həftə ərzində Avropayönlü mitinqlərdə saxlanılan bütün vətəndaşların azad edilməsini tələb ediblər.

Bəyanatı “Birlik - Milli Hərəkat”, “Dəyişiklik və Güclü Gürcüstan üçün Koalisiya” imzalayıb. Oktyabrın 26-da keçirilən seçkilərdən sonra parlamentə daxil olan dördüncü siyasi qüvvə olan “Gürcüstan üçün Qaxariya” Partiyası ayrıca bəyanat yayıb. Partiya həmçinin yeni prezidentin “qeyri-qanuni seçilməsi prosesində iştirak etmədiklərini” və “de-fakto qeyri-legitim parlamentin qərarlarını tanımadıqlarını” vurğulayıb.

Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri dekabrın 14-də parlamentdə keçiriləcək. İlk dəfə olaraq dövlət başçısı ümumxalq səsverməsi ilə deyil, 300 seçicidən ibarət kollegiya vasitəsilə seçiləcək. Yeganə namizəd hakim “Gürcü Arzusu” tərəfindən irəli sürülən sabiq futbolçu Mixail Kavelaşvili olub.

Seçki günü müxalifət partiyaları parlament qarşısında etiraz aksiyası keçirmək niyyətindədir. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) etirazçıların seçkiləri pozmağa çalışacaqlarını iddia edir. /ayna.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Dekabr 2024 00:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri