Icma.az
close
up
RU
Hər kitab bir dünyadır

Hər kitab bir dünyadır

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

“Kitab qudat Qurtuba”

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Məhəmməd ibn Haris əl-Xuşaninin “Kordova qazıları haqqında kitab” əsərini nəşr edib.

Kitabı ərəb dilindən tərcümə edən, eləcə də qeyd və şərhlərin müəllifi institutun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru dosent Nüşabə Bayramlıdır. Məhəmməd ibn Haris əl-Xuşaninin dünyaca məşhur bu əsəri X əsr ispan-ərəb ədəbiyyatının bioqrafiya janrında yazılmış unikal bir yaradıcılıq məhsuludur. Əsərdə VIII əsrin ortalarından başlayaraq 969-cu ilə qədər Əndəlüs şəhərində fəaliyyət göstərmiş baş qazıların həyat və iş təcrübələrindən bəhs edən hekayətlər verilib.

“Yaşa, Vətən”

Yazıçı-publisist İdris Şükürlünün yeni kitabı Qarabağ uğrunda müqəddəs savaşımızda əsgər və zabitlərimizin göstərdiyi misilsiz qəhrəmanlığa, onların torpaq sevgisinə həsr olunub.

Şərəf tariximizin Vətən müharibəsi dövrü xalqımız üçün əsl mətinlik məktəbi oldu. Ulu öndər Heydər Əliyevin vəsiyyəti onun siyasi varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük strateji zəkası ilə başlanan 44 günlük Zəfər Yürüşü sayəsində gerçəkləşdi. İdris Şükürlü üçün Vətən anlayışı gənc nəslin yaddaşına yazılmalı olan müqəddəs bir dərslikdir. Onun yaradıcılığında “Vətəni sevmək azdır, onu qorumaq əsl vətəndaşlıq borcudur” tezisi aparıcı ideya kimi çıxış edir.

“Kölgə işıqdan düşür”

Görkəmli ədəbi tənqidçi, esseist, şair, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirin yeni kitabı belə adlanır.

“Zərdabi Nəşr” MMC tərəfindən çap edilən 430 səhifəlik kitabın ön sözünün müəllifi akademik Nizami Cəfərov, redaktoru isə İradə Ayteldir.

Nəşrdə müəllifin müxtəlif illərdə qələmə aldığı seçilmiş esse və məqalələri, həmçinin üç poeması toplanıb. Klassik irslə müasir düşüncənin, dünya ədəbi-fəlsəfi ənənəsi ilə milli bədii fikrin, sənətlə həyatın vəhdətini özündə əks etdirən əsərlər canlı xalq dilinə, zəngin metaforik üsluba söykənir. Müqəddəs səmavi kitablarla dialoq əsasında qurulan bu yazılar oxucunu xeyirə, işığa, mənəvi-əxlaqi kamilliyə səsləyir.

“Kölgə işıqdan düşür” Əsəd Cahangirin yaradıcılığında sayca 6-cı kitabdır. Yeni nəşr müəllifin bədii-fəlsəfi axtarışlarını, ədəbi-estetik baxışlarını və poetik düşüncə tərzini özündə əks etdirən sanballı topludur.

“Mafiya şahid saxlamır”

Sabir Şahtaxtının ilk dəfə 2001-ci ildə çap edilmiş, bir neçə dəfə təkrar işıq üzü görmüş “Mafiya şahid saxlamır” salnaməsi yenidən oxuculara təqdim edilib.

Həyatın mürəkkəb və ziddiyyətli hadisələri, ömrün təzadları, insan münasibətlərinin sonsuzluğu, müxtəlif insan xislətləri və xarakterləri salnamədə oxunaqlı dildə qələmə alınıb və əsərin kəskin dramaturgiyasının əsasını təşkil edir.

Oxucular salnamədə şəxsiyyəti tərbiyə edən cəmiyyətin eybəcərlikləri, cinayətkar mühitin özünəməxsus və bəzən də qeyri-insani normaları daxilində yaşanılan insan taleləri ilə tanış olurlar. Müəllif kitabda olduqca maraqlı obrazlar silsiləsi yaradıb və hər birinin özünəməxsus xarakterini bədii ustalıqla açmağa nail olub.

Ə.ƏLİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri