Icma.az
close
up
RU
“Hər klub öz imkanına uyğun müəyyən qədər güclənməyə çalışır”

“Hər klub öz imkanına uyğun müəyyən qədər güclənməyə çalışır”

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan Premyer Liqasında qış transfer dönəmi davam edir. Klublar bu ana qədər “səssizliyi”ni qorumaqdadır. “Şamaxı” və “Səbail”dən başqa, transferlə gündəmə gələn klublar demək olar, barmaqla sayılacaq qədərdir.

Maliyyə durumu digər komandalara nisbətən daha yaxşı olan “Neftçi”, “Sabah”, “Qarabağ” və “Zirə” də transfer dönəminin passiv klublarındandır. “Qarabağ” aparıcı oyunçusu Juninyonu “Flamenqo”ya satmaqla transfer dönəmində bir müddət gündəmdə qaldı. “Neftçi” isə bir neçə oyunçu ilə danışıq aparsa da, hələlik bir transferlə kifayətlənib.

“Turan Tovuz” bu komandalara nəzərən daha fəaldır. Tovuz təmsilçisi bir neçə transferlə heyətini gücləndirib. Komanda son olaraq Portuqaliyanın “Çaves” klubundan Joarlem Santosu transfer edib.

Futbol meneceri Tural Əsgərovlə klublar qış transferləri haqda danışdıq. Agent klubların passivliyindən söz açdı:

“İndiki məqamda deyiləcək çox söz yoxdur. İndi klublar çox fəallıq göstərə bilmirlər. Həmişə qış transfer dönəmi yaya nisbətən daha passiv keçir”.

Menecer tarixinin ən uğursuz dönəmini keçirən “Neftçi”nin transferdə passivlik göstərməsinə də toxundu:

“Neftçi”yə passiv deməzdim. Çünki nəzərə almaq lazımdır ki, kluba 30-35 futbolçu yığmaq olmaz. Buna görə də, gərək gedənlər olsun və onların yerinə kimlərsə gəlsin. “Neftçi” artıq bir transfer edib. Ola bilər, klubun uğursuz çıxışı bu mövzuda daha həssas yanaşılmaya səbəb olub. Bu da öz növbəsində seçim sürətinə təsir edir”.

Əsgərov Premyer Liqanın lideri “Qarabağ”ın indiki məqamda transferə çox ehtiyac duymadığını əlavə etdi:

“Qarabağ” isə təcili bir vəziyyət olmazsa, transferə tələsmir. Klub daha çox yayda güclənməyə ehtiyac duyur. Yəni, komanda bu heyətlə də kiafyətlənə bilər. “Şamaxı” və digər klubların transferlərinə isə bir müddət sonra qiymət vermək olar”.

Azərbaycan klublarının transfer məsələlərində ən çox axsadığı məqam legionerlərin Azərbaycana gəlməkdə çox maraqlı olmamasıdır. Buna maliyyə durumları və klubların səviyyəsi əsas əngəldir. Bu baxımdan “Şamaxı”nın bu transfer dönəmində tanzaniyalı futbolçu gətirməsi bir neçə gün gündəmi zəbt edən mövzulardan oldu. Əsgərov transfer məsələlərində maliyyə vəziyyətinin xüsusi rol oynadığını qeyd etdi:

“Transfer məsələlərində klubların maliyyə durumu əsas rol oynayır. Bu səbəbdən “Şamaxı” və digər komandalardan adlı-sanlı transfer gözləməyə dəyməz. Hər klub öz imkanına uyğun müəyyən qədər güclənməyə çalışır”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 26 Yanvar 2025 23:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri