Icma.az
close
up
RU
Hər rayonda icra başçısına ehtiyac yoxdur: 14 icra nümayəndəsi olmalıdır Sabiq deputat

Hər rayonda icra başçısına ehtiyac yoxdur: 14 icra nümayəndəsi olmalıdır Sabiq deputat

Modern.az saytına istinadən Icma.az xəbər verir.

TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi ilə Azərbaycanda dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, nazirlik və komitələrin fəaliyyətinin optimallaşdırılması, eləcə də icra hakimiyyəti orqanlarının strukturunun dəyişdirilməsi məsələsi yenidən gündəmə gəlib. Bəzi ekspertlər deyirlər ki, dövlət qurumlarının sayının və idarəetmə xərclərinin optimallaşdırılması büdcə vəsaitlərindən daha səmərəli istifadəyə imkan yarada bilər.

Modern.az-a açıqlama verən sabiq deputat, iqtisadçı Vahid Əhmədov bildirib ki, Azərbaycanda operativ idarəetməni təmin etmək üçün struktur islahatlarının davam etdirilməsinə ciddi ehtiyac var.

Onun sözlərinə görə, ölkədə nazirliklərin, komitələrin və digər hökumət qurumlarının sayı idarəetmə baxımından optimallaşdırılmalıdır:

“Ümumiyyətlə, struktur islahatları getməlidir. Cənab Prezident tərəfindən bu istiqamətdə islahatlar aparılır. Hesab edirəm ki, məsələləri operativ həll etmək üçün çevik idarəetmə strukturu olmalıdır. Bu qədər nazirlik, komitə və hökumət təşkilatları Azərbaycan üçün çox böyükdür. Büdcədən buna görə xeyli vəsait ayrılır. Bu qədər nazirliyin, komitənin və hökumət təşkilatının olmasına ehtiyac yoxdur. Onların birləşdirilərək operativ idarəetmə strukturunun qurulmasına böyük ehtiyac var”.

Vahid Əhmədov TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi məsələsinə də münasibət bildirib. O, səhiyyə sisteminin vahid mərkəzdən idarə olunmasını düzgün yanaşma hesab edib:

“TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi çox düzgün addım oldu. Səhiyyə vahid mərkəzdən idarə edilməlidir. Bunu iki yerə bölmək, hətta icbari tibbi sığortanı ayırmaq problemdir. İcbari tibbi sığortada da, səhiyyənin özündə də problemlər yarandı. Nəhayət, cənab Prezident düzgün qərar verərək məsələni həll etdi”.

İqtisadçı qeyd edib ki, digər sahələrdə də qurumların birləşdirilməsi imkanlarına baxılmalıdır. Onun fikrincə, Nazirlər Kabinetinin mövcud strukturu sovet dövründən qalan idarəetmə modelinə əsaslanır və bu sahədə ciddi dəyişikliklərə ehtiyac var.

“İndi konkret olaraq hansı nazirliklərin və qurumların birləşdirilməli olduğunu sadalamaq istəmirəm, çünki bu məsələlərə diqqətlə baxılmalıdır. Dünyada gedən iqtisadi proseslər, gəlirlərin azalması operativ idarəetmə strukturunun Azərbaycanda qurulmasını diqtə edir. Buna çox böyük ehtiyac var”, – deyə o vurğulayıb.

Vahid Əhmədov icra hakimiyyəti orqanlarının strukturunun da dəyişdirilməsini təklif edib. Onun fikrincə, ölkədəki 14 iqtisadi rayon üzrə idarəetmə modelinin tətbiqi və hər rayon üzrə Prezidentin nümayəndəsinin fəaliyyət göstərməsi alternativ yanaşma ola bilər.

“Azərbaycanda 14 iqtisadi rayon var. Hər iqtisadi rayon üzrə bir nəfər Prezident nümayəndəsi olmalı və operativ idarəetməni həyata keçirməlidir. Hər rayonda icra başçısına ehtiyac yoxdur”, – deyə sabiq deputat bildirib.

İqtisadçı əlavə edib ki, dünyada baş verən müharibələr qlobal iqtisadiyyata ciddi təsir göstərib və Azərbaycanda ümumi daxili məhsulun artım tempi aşağıdır. Onun sözlərinə görə, hazırda neftin qiymətinin yüksək olması müəyyən qədər problemləri yumşaltsa da, gələcəkdə bu vəziyyət dəyişə bilər.

“İndi neftin qiymətinin yüksək olması müəyyən qədər problemi aradan qaldırır. Amma neftin qiyməti həmişə belə olmayacaq. İran məsələsi həll olunub Hörmüz boğazı açılanda neftin qiyməti aşağı düşəcək”, – deyə Vahid Əhmədov fikirlərini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Oktyabr 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri