Icma.az
close
up
RU
Hər səhər zəngli saatı yubadanlara xoş xəbər: Faydası böyük imiş

Hər səhər zəngli saatı yubadanlara xoş xəbər: Faydası böyük imiş

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Hər səhər alarm çalanda bir neçə dəqiqə daha yatmaq üçün ertələ düyməsini basmaq, adətən tənbəllik kimi qiymətləndirilir. Lakin Avstraliyanın Sidney Universitetinin apardığı yeni araşdırma göstərib ki, bu vərdiş o qədər də zərərli deyil. Mütəxəssislər bildirir ki, hər gün yalnız 15 dəqiqə əlavə yatmaq həyat müddətini əhəmiyyətli dərəcədə uzada bilər.
Bizim.Media xəbər verir ki, professor Emmanuel Stamatakis rəhbərliyində 60 min insan üzərində 8 il ərzində aparılan araşdırmada iştirakçıların yuxu rejimi, fiziki fəallığı və qidalanma vərdişləri təhlil edilib. 
Məlum olub ki, gün ərzində 6 saatdan az yatan şəxslərdə erkən ölüm riski əhəmiyyətli dərəcədə yüksəkdir. Lakin yuxuya əlavə edilən 15 dəqiqə bu riski ciddi şəkildə azaldır.
Mütəxəssislər vurğulayır ki, bədənin bərpa prosesi əsasən yuxu zamanı baş verir və kifayət qədər yatmamaq hüceyrələrin yenilənməsinə, immun sisteminə və beyin funksiyalarına mənfi təsir göstərir.
 

Araşdırmada yalnız yuxu deyil, həm də qidalanma və hərəkətlilik həyat müddətinə təsir edən əsas amillər arasında yer alıb. Diyet Kalitesi Skoru (DQS) sistemi ilə insanların tərəvəz, meyvə, balıq, tam taxıl və bitki yağlarından istifadəsi qiymətləndirilir; işlənmiş ət, rafinə edilmiş qida və şəkərli məhsullar isə balı aşağı salır.


Gündə 5,5 saat yuxu, az hərəkət və aşağı qidalanma balı olan şəxslərin həyat müddətinin əhəmiyyətli dərəcədə azaldığı, balanslı qidalanma, müntəzəm hərəkət və kifayət qədər yuxunun isə ömrü uzadan əsas üçlük olduğu müəyyən edilib.
Araşdırmaya görə, sağlam həyat üçün böyük dəyişikliklərə ehtiyac yoxdur. Kiçik, lakin davamlı təkmilləşdirmələr uzun müddətdə mühüm nəticələr doğura bilər.
Gündə yalnız 15 dəqiqə əlavə yuxu, 1,6 dəqiqə əlavə məşq və bir az daha çox tərəvəz istehlakı erkən ölüm riskini təxminən 10% azaldır. Daha böyük dəyişikliklər zamanı bu rəqəm 50%-ə qədər yüksəlir.
İşlənmiş ət məhsullarının (sosis, kolbasa) müntəzəm istehlakı ürək-damar xəstəlikləri, diabet, piylənmə və bəzi xərçəng növləri ilə əlaqələndirilir. Bu məhsulların yerinə təzə tərəvəz, paxlalılar, balıq və ağ ət tövsiyə olunur.
 

Orta tempolu məşqlər - üzgüçülük, qaçış, sürətli yürüş, aerobika, rəqs və velosiped sürmək - həftədə bir neçə dəfə həyata keçirildikdə ürəyin fəaliyyətini gücləndirir, stres səviyyəsini azaldır, yuxu keyfiyyətini artırır və immun sistemi dəstəkləyir.


Yalnız yuxunun müddəti deyil, keyfiyyəti də həyat müddətinə təsir edir. Səs-küy, işıq, stress və nizamsız həyat tərzi yuxunun dərin mərhələsinə keçməsini çətinləşdirir.
Prof. Stamatakis bildirir:
"Sağlam həyat üçün möcüzələrə ehtiyac yoxdur. Əsas olan davamlılıqdır. Kiçik adımlar belə birləşərək həyat müddətini uzada bilər."
Beləliklə, hər səhər alarmı bir neçə dəqiqə təxirə salmaq yalnız günə daha enerjili başlamağa deyil, uzun və sağlam bir ömür üçün də təsirli addım sayılır. (Milli.Az)
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Oktyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri