Icma.az
close
up
RU
Səhər qəhvəsinin inanılmaz faydası

Səhər qəhvəsinin inanılmaz faydası

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“European Heart Journal” jurnalında dərc olunan yeni bir araşdırma qəhvənin günün hansı saatında istehlak edildiyinin sağlamlıq üzərində əhəmiyyətli təsir göstərə biləcəyini ortaya qoyub.

Ölkə.Az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, ABŞ-ın Tulane Universitetindən professor Lu Qinin rəhbərliyi ilə aparılan tədqiqat səhər qəhvə içmənin ölüm riskini azaltdığını müəyyən edib.

Araşdırma 1999-2018-ci illər arasında ABŞ Milli Sağlamlıq və Qidalanma Araşdırması Anketinə qatılan 40,725 iştirakçının məlumatlarını analiz edib. İştirakçıların sağlamlıq qeydləri və qidalanma vərdişləri, eləcə də 1,463 nəfərin həftəlik qidalanma məlumatları araşdırılıb.

İştirakçılar üç qrupa ayrılıb:

1. Səhər qəhvə içənlər (36 faiz)

2. Gün ərzində müxtəlif saatlarda qəhvə içənlər (16 faiz)

3. Qəhvə istehlak etməyənlər (48 faiz)

9-10 illik müşahidə dövründə toplanan məlumatlar təhlil edilərək ölüm riski ilə qəhvə istehlak saatları arasındakı əlaqə qiymətləndirilib.

Səhər qəhvə istehlakı ölüm riskini azaldır - Ürək-damar xəstəliklərindən ölüm riski, qəhvə istehlak etməyənlərlə müqayisədə 31 faiz daha azdır; Hər hansı bir səbəbdən ölüm riski isə 16 faiz daha aşağıdır. Bu üstünlüklər gün ərzində müxtəlif saatlarda qəhvə içənlərdə müşahidə olunmayıb. Səhər saatlarında daha çox qəhvə içmək daha çox fayda verir - səhərlər yalnız bir fincan və ya daha az qəhvə içənlərdə ölüm riski azalması nisbətən daha azdır. Melatonin və sirkadiyen ritmin təsiri - günün gec saatlarında qəhvə içmək melatonin hormonunun səviyyəsini pozaraq sirkadiyen ritmi və yuxu rejimini təsir edə bilər. Bu da ürək-damar sağlamlığına zərər verə bilər.

Tədqiqatçılar müşahidə olunan sağlamlıq üstünlüklərinin yalnız kofeindən deyil, qəhvədəki digər bioaktiv maddələrdən də qaynaqlandığını qeyd edirlər. Xüsusilə səhər saatlarında qəhvənin iltihab əleyhinə təsir göstərən birləşmələrinin qan səviyyəsindəki iltihabı tarazlaya biləcəyi vurğulanır. Bu təsirin kofeinsiz qəhvə üçün də keçərli olduğu bildirilir. Kardioloq professor Thomas Lüscher qeyd edir ki, gün ərzində qəhvə istehlak edənlər adətən daha az yatma meylinə malikdirlər ki, bu da onların ümumi sağlamlıq göstəricilərinə təsir edə bilər. Professor Lu Qi isə deyir: “Nəticələrimiz göstərir ki, yalnız qəhvə içib-içməməyiniz və nə qədər istehlak etməyiniz deyil, həm də günün hansı saatında qəhvə içdiyiniz əhəmiyyətlidir”.

Araşdırma səhər qəhvə istehlakının daha üstün faydaları olduğunu göstərsə də, tədqiqatçılar bu nəticələri təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.//AZƏRTAC

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Yanvar 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri