Icma.az
close
up
RU
Hər şey bir yalanla başladı İndi dünyanın gözü ondadır Fotolar

Hər şey bir yalanla başladı İndi dünyanın gözü ondadır Fotolar

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyanın ən böyük adalarından biri olan Qrenlandiya buzla örtülmüş ərazisi ilə təkcə təbiət möcüzəsi deyil, həm də qlobal siyasətin strateji düyün nöqtəsidir.

“Qafqazinfo” xəbər verir ki, tarix boyunca inuitlərin və vikinq kolonistlərinin evi olan ada bu gün ABŞ, Danimarka, Rusiya və Çin kimi böyük güclərin diqqət mərkəzindədir.

2025-ci ilin yanvarında ABŞ Prezidenti Donald Tramp uzun müddət maraq göstərdiyi Qrenlandiyanı yenidən gündəmə gətirdi. Tramp bu adanı yalnız buz və mədən zənginliklərinə görə deyil, strateji mövqe və milli təhlükəsizlik baxımından istədiyini bildirdi. ABŞ-nin şimal qütbü və arktik regionunda artan hərbi fəaliyyətləri, bölgədə Rusiya və Çin gəmilərinin varlığı Qrenlandiyanı strateji kilid nöqtəsinə çevirir.

Qrenlandiya ABŞ üçün həm də təbii sərvətlər baxımından önəmlidir. Adada uran, dəmir, nadir torpaq elementləri, qızıl, platin və potensial neft yataqları mövcuddur. Bu ehtiyatlar yalnız iqtisadi maraq yaratmır, həm də yeni texnologiyalar və enerji təhlükəsizliyi baxımından ABŞ-nin diqqət mərkəzindədir.

Bütün bu səbəblərdən, Qrenlandiya təkcə Danimarka Krallığının bir hissəsi deyil, eyni zamanda, qlobal güc siyasətinin, strateji hərbi planların və gələcək resurs mübarizəsinin mərkəzi olaraq diqqət çəkir.

“Yaşıl ölkə” adı necə yarandı?

Yer üzündə Qrenlandiya qədər paradoksal ada azdır. Adı “Yaşıl ölkə” mənasını versə də, ərazisinin 80 faizindən çoxu buzlaqlarla örtülüdür. Buna baxmayaraq, Qrenlandiya yalnız təbii möcüzə deyil, eyni zamanda, minilliklərə yayılan insan tarixi, böyük coğrafi kəşflər, mədəni qarşılaşmalar və bu gün qlobal iqlim dəyişikliklərinin mərkəzində dayanan strateji bölgədir.

Qrenlandiya adının ortaya çıxması tarixin ən maraqlı adlandırma hadisələrindən biridir. X əsrdə islandiyalı vikinq Erik Thorvaldsson, tarixə daha çox “Qırmızı Erik” adı ilə düşmüş dənizçi atasının törətdiyi cinayətə görə Norveçdən sürgün edilərək, İslandiyaya gedib. Burada da yeni münaqişələrə qarışdığı üçün sürgün edilib və 982-ci ildə qərbə doğru üzərək, naməlum torpaqlara çatıb.

Erik Thorvaldssonun çatdığı bu torpaq bugünkü Qrenlandiya idi. Ərazi o dövrdə də böyük ölçüdə buzlaqlarla örtülü idi. Lakin “Qırmızı Erik” İslandiyaya qayıdarkən insanları bu sərt diyara köçməyə razı salmaq üçün adanı “Greenland”, yəni “Yaşıl ölkə” adlandırdı. Məqsəd sadə idi: ad nə qədər cəlbedici olsa, köç etmək istəyənlərin sayı bir o qədər çox olacaqdı.

Bundan sonra o, yalnız adanı kəşf etməklə kifayətlənmədi, gəmilərlə İslandiyadan buraya insanlar gətirdi. 25 gəmi ilə yola çıxan Erik bu gəmilərdən 14-nü Qrenlandiyaya çatdırmağı bacardı. Beləliklə, adada ilk Avropa koloniya cəmiyyətləri quruldu. Onun bu təşəbbüsü Qrenlandiyanın daimi məskunlaşmasına yol açdı və ada tarixində dönüş nöqtəsi oldu.

“Xalqın ölkəsi”

Qrenlandiyanın yerli inuit əhalisi adanı “Inuit Nunaat” adlandırır. Bu ifadə inuit dilində “Xalqın ölkəsi” mənasını verir. Bu ad Qrenlandiyanın yerli xalqları üçün torpaqla insan arasında olan dərin bağın ifadəsidir. Inuitlər üçün torpaq sadəcə yaşayış məkanı deyil, mədəniyyətin, inancın və kollektiv yaddaşın bir hissəsidir.

“Eskimo” sözü isə Qrenlandiyada yaşayan yerli əhali tərəfindən qəbul edilmir və hörmətsizlik hesab olunur.

Dünyanın ən böyük adası

Qrenlandiya sahəsinə görə dünyanın ən böyük adasıdır. Onun ümumi ərazisi 2.166.086 kvadrat kilometrdir. Bu ölçü onu dünyanın ən böyük ada dövləti etməyə kifayət edir. Əgər Qrenlandiya müstəqil ölkə olsaydı, ərazi baxımından dünyanın 12-ci ən böyük dövləti olardı.

Adanın təxminən 81 faizi buzlaqlarla örtülüdür. Qrenlandiyadakı buz örtüyü Antarktidadan sonra Yer üzündəki ikinci ən böyük buz kütləsidir. Bəzi ərazilərdə buz qatının qalınlığı 3500 metrə qədər çatır.

Şimali Amerikada Avropa

Qrenlandiya coğrafi baxımdan Şimali Amerika qitəsinin bir hissəsidir. Kanada ilə aradakı məsafə cəmi 26 kilometrdir. Buna baxmayaraq, ada siyasi, mədəni və tarixi baxımdan Avropa, xüsusilə də Danimarka ilə bağlıdır.

Bu paradoks Qrenlandiyanı unikal edir, belə ki, ərazi coğrafi olaraq Amerika, siyasi olaraq Avropaya bağlıdır.

Fırtınada kəşf

Rəsmi tarixə görə Qrenlandiyanı ilk dəfə 900-cü ildə norveçli dənizçi Gunnbjorn Ulfsson təsadüfən görüb. O, İslandiyaya səfəri zamanı fırtınaya düşərək, Qrenlandiya sahillərinə sürüklənib və bu hadisəni rəsmi şəkildə qeydə aldırıb.

Adada ilk dəfə ayaq basan şəxs isə başqa bir norveçli dənizçi - Snaebjörn Galti olub. O, 978-ci ildə adaya gəlsə də, burada daimi məskunlaşma yaratmayıb.

Qrenlandiyada ilk daimi məskunlaşmanı yaradan şəxs isə 985-ci ildə Erik Thorvaldsson olub (yuxarıda bəhs etmişdik). 

Atasının yolu ilə...

Qrenlandiya Şimali Amerikanın kəşfində körpü rolunu oynayıb. “Qırmızı Erik”in oğlu Leif Erikson tarixdə Şimali Amerikaya çatan ilk avropalı kimi tanınır.

Leif Erikson əvvəlcə bugünkü Baffin adasını kəşf edib və ona “Helluland” adını verib. Daha sonra indiki Labrador sahillərinə çataraq, bu ərazini “Markland” (meşəlik ölkə) adlandırıb. Onun son dayanacağı bugünkü Nyufaundlend ərazisi olub və buraya “Vinland” adını qoyub.

Bu faktlar Kolumbdan təxminən 500 il əvvəl avropalıların Şimali Amerikaya çatdığını göstərir.

Yalnız buzlaqlar ölkəsi deyil...

Qrenlandiyada hazırda təxminən 56-57 min nəfər yaşayır. Əhalinin 88 faizi inuitlərdən ibarətdir. Onlar özlərini yaşadıqları bölgəyə görə kalaallit, inugguit və Iit adlandırırlar.

Rəsmi dillər Qrenland (Kalaallisut) və Danimarka dilidir. İngilis dili də geniş yayılıb.

Qrenlandiya yalnız buzlaqların deyil, adların, kəşflərin və kimliklərin ölkəsidir. “Greenland” adı tarixi bir strategiyanın, “Inuit Nunaat” isə yerli yaddaşın ifadəsidir. “Qırmızı Erik”in gəmilərlə insanları gətirməsi və yeni koloniya yaratması adanın tarixi üçün dönüş nöqtəsi olub, gələcəkdə Şimali Amerikanın kəşfi ilə bağlı prosesləri sürətləndirib.

Bu ada bəşəriyyət üçün sadəcə bir coğrafi obyekt deyil, tarixin, iqlimin və mədəniyyətin kəsişmə nöqtəsidir.























Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:292
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Yanvar 2026 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri