Icma.az
close
up
RU
“Hər şeyi bloklayaq”: Polis dronlardan kütləvi istifadə üçün icazə alıb, bəziləri məhkəmə tərəfindən dayandırılıb

“Hər şeyi bloklayaq”: Polis dronlardan kütləvi istifadə üçün icazə alıb, bəziləri məhkəmə tərəfindən dayandırılıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paris, 10 sentyabr, AZƏRTAC

Fransada keçirilən “Hər şeyi bloklayaq” adlı genişmiqyaslı etiraz aksiyaları zamanı polis qüvvələrinə dronlardan istifadə edərək, nümayişləri izləmək üçün icazə verilib. 80 min polis və jandarma qüvvəsinin səfərbər olunmasına əlavə olaraq, termal və HD kameralarla təchiz olunmuş dronlar da havaya qalxıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, ölkədə bir çox departamentdə dronlarla müşahidə üçün prefekturalar tərəfindən rəsmi qərarlar qəbul edilib. Bu qərarlar Paris, Lyon, Bordo, Strasburq, Monpelye kimi iri şəhərləri əhatə etməklə yanaşı, kiçik şəhərlər və kənd yerləri də daxil olub.

Dronlar bütün səmanı nəzarət altına alıb.

Paris və ətraf departamentlər (Hauts-de-Seine, Seine-Saint-Denis, Val-de-Marne) bütün gün ərzində 10 dronla eyni anda müşahidə olunur. Limoj şəhərində 2 dronun sentyabrın 11-i səhər 6:00-a qədər fəaliyyətinə icazə verilib. Drome departamenti isə dronları termal kameralarla təchiz edib ki, bu da gecə və səhər saatlarında da izləməyə imkan yaradır. Renn və Bordo şəhərləri tam müşahidə altında olduğu bildirilir. Orn departamentində isə bütün ərazi dron nəzarətinə daxil edilib.

Qeyd edək ki, Fransada dron istifadəsi qanunla tənzimlənir. Prefekturalar əvvəlcədən ictimaiyyətə açıq qərar verməli və bu sənəddə müşahidənin məqsədi, coğrafi əhatə dairəsi göstərilməlidir. Bu məsələ azadlıqların müdafiə təşkilatları tərəfindən diqqətlə izlənir. Konstitusion Azadlıqların Müdafiəsi Assosiasiyası (Adelico) və Fransa Vəkillər Birliyi (SAF) bir sıra qərarları məhkəməyə verib. Po şəhərində məhkəmə dronlardan istifadəyə verilmiş icazəni dayandırıb. “Ciddi ictimai təhlükə və ya binalara hücum ehtimalını azadlıqları daha az pozan üsullarla qarşısını almaq mümkün olduğu halda, dron istifadəsinə ehtiyac yoxdur”,-deyə hakim bu qərarı əsaslandırıb.

Bəzi prefekturalar dron müşahidəsinə dair qərarlarını aksiya başlamadan bir qədər əvvəl yayımlayıb. Bu isə vətəndaş cəmiyyətinin və hüquq müdafiəçilərinin qanuni mübarizəyə başlamaq imkanlarını əhəmiyyətli dərəcədə çətinləşdirib.

“Hər şeyi bloklayaq” çərçivəsində həyata keçirilən bu dron nəzarəti, Fransada kütləvi etirazların izlənməsi və təhlükəsizliyin təmin olunması məsələsində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Lakin bu texnoloji nəzarət üsullarının vətəndaş azadlıqları ilə toqquşma riski cəmiyyətin diqqət mərkəzində qalmaqda davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri