Icma.az
close
up
RU
Hər şeyi təzələyən zaman

Hər şeyi təzələyən zaman

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

İnsanın təbii ritmlərə uyğunlaşması

Bu günlərdə alban şairi Jeton Kelmendinin şeirlər kitabını redaktə edirdim. Bir misra diqqətimi çəkdi: “Zamana liderlik edir zaman”. Bu bircə misra özündə çox böyük mətləbləri ehtiva edir. Hər kəs zamandan şikayətçidir. “Vaxt necə də sürətlə uçur” deyə gileylənənlərin çoxu vaxtın qədrini bilməyənlərdir. Son zamanlar isə planetar proseslər nəticəsində zaman da öz ritmini sürətləndirib. Demək, şairin sözüylə desək, artıq zaman özünə liderlik etmək iqtidarında deyil.

Lap bu yaxınlarda isə bir sıra Qərb araşdırmaçıları belə bir qənaətə gəliblər ki, günümüz 24 saatdan 16 saata qədər qısalıb. Alimlər düşünür ki, bu, Yer kürəsinin öz oxu ətrafında fırlanması ilə əlaqəli bir prosesdir. Yer daha sürətlə fırlanmağa başlayıb.

Bu fikirlər nə dərəcədə həqiqəti əks etdirir? Yerin sürətlənməsi və günün qısalması öz-özünə baş vermir. Zamanın sürətlənməsi qarşıdan gələn kainat dəyişikliklərinin əsas əlamətidir. Planet yeni dövrə qədəm qoyur, Kvant sıçrayışı etməyə hazırlaşır. Həqiqətən də yerin elektromaqnit sahələrində dəyişikliklər qeydə alınır. İnsan orqanizmi isə planetin təbii ritmləri ilə sinxronlaşdığı üçün bioloji saata uyğun yaşamağa davam edir. Buna görə də insanlar arasında hədsiz yorğunluqla nəticələnən dissonans yaranır.

Sözsüz, Tanrının iradəsindən kənarda heç bir qeyri-adi hadisə baş verə bilməz. Portuqaliyalı yazıçı və professor Joze Rodriqes Duş Santuş özünün “Tanrının formulu” əsərində soruşur ki, kainat, əslində, nədir? Bəlkə, onu semantik planda da öyrənmək lazımdır? Bəlkə, onun musiqisini də dinləyək, poeziyasını da başa düşək? Bəlkə bu dünyanı metanarrativ bir mətn kimi qəbul edək?

Alimin fikrincə, kainatın sirrini gizlədən bir pərdə var və o bizə həqiqəti görməyə imkan vermir. Vaxtın nəzarətdən çıxması heç də dünyanın nizamının pozulması demək deyil. Dünyanı nizamlayan ilahi bir qüvvə var. Qeyri-müəyyənlik prinsipi və xaos teoremləri sübut edir ki, gerçək olanın mahiyyəti əlçatan deyil. Kainat əksliklərin vəhdəti dialektikası əsasında hərəkət edir. Nüvə ətrafında dövr edən elektronlar, atomların müntəzəm yenilənməsi, molekulların yerdəyişməsi, planetlərin orbital hərəkəti – kosmos bu ritmlərlə döyünür.

Hər şeydə sinxronizm, hər şeydə simmetriya var. Nizam xaosdan yaranır. Vaxtın sürətlənməsi belə nizama xidmət edir. Laplasın dediyi kimi, gələcək də keçmiş kimi artıq müəyyən edilib. Müşahidəçilərin zaman qavrayışı onların öz hərəkət sürətindən asılıdır. Müşahidəçi işıq sürətinə nə qədər yaxın sürətlə hərəkət edirsə, onun saatı o qədər yavaş hərəkət edir. Yəni həmin müşahidəçinin özü üçün zaman normaldır, bir dəqiqə elə bir dəqiqədir. Amma daha az sürətlə hərəkət edənlərə isə elə gəlir ki, onun saatı yavaş gedir. Eynilə işıq sürətinə yaxın sürətlə hərəkət edən müşahidəçiyə elə gəlir ki, Yer Günəşin ətrafında inanılmaz dərəcədə sürətlə hərəkət edir. Ona elə gələcək ki, Yerdə zamanın sürəti artıb.

Eynşteyn fəza-zaman əyriliyini kəşf etdi. Maddi cism Günəşə, yaxud başqa planetlərə yaxınlaşanda cazibə qüvvəsinin təsiri altında həmin nəhəng kütləyə sarı cəzb olunur, ona doğru yönəlir. Beləcə, fəza əyilməyə başlayır. Məkan və zaman bir-birinə bağlı olduğu üçün zaman da əyilir. Nisbilik nəzəriyyəsi göstərdi ki, qravitasiya daha güclü olan yerdə zaman ləng keçir, zəif olan yerdə isə sürətlə keçir.

Kainatın hər bir nöqtəsində zaman müxtəlif cür keçir. Portuqaliyalı alim roman kimi təqdim etdiyi elmi əsərində (bu əsəri bu günün aparıcı janrı hesab olunan non fikşn – sənədli nəsr kimi də qəbul etmək olar) bu məsələlərə kifayət qədər aydınlıq gətirir. Eyni zamanda, Eynşteynin Tanrı formulunun kodunu açmağa çalışır. Bütün divarlardakı tüfənglər əvvəl-axır açılır, heç biri butafora kimi qalmır. Ayda zaman Yerdəkindən daha tez keçir, öz növbəsində, Yerdə zaman Günəşdəkindən daha tez keçir. Obyektin kütləsi nə qədər böyükdürsə, zaman onun səthində o qədər ləng keçir.

Beləliklə, materiya genişləndikcə qravitasiya təsiri zəifləyir və zamanın sürəti artır. Tarixin, təhtəlşüurun simvolu olan vaxt Prustvari dillə desək, omphalos (oxu: ana bətni) kimi fasiləsiz olaraq dünyamızı təzələyir.

Kənan HACI,
yazıçı-publisist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Fevral 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri