Icma.az
close
up
RU
Deputat: Hər bir vətəndaş məsuliyyətli olmalı, təbiətə zərər vurmamalıdır

Deputat: Hər bir vətəndaş məsuliyyətli olmalı, təbiətə zərər vurmamalıdır

Icma.az, Apa.az saytına istinadən bildirir.

Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması xüsusi diqqət mərkəzindədir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım deyib.

Deputat bildirib ki, ətraf mühitin mühafizəsi qlobal problemə çevrilib: "Bu gün bütün dünyada təbiətə vurulan zərərin, ekoloji problemlərin qarşısının alınması qlobal çağırışdır. Azərbaycan da bu çağırışa qoşulan ölkələr sırasındadır”.

Fatma Yıldırım qeyd edib ki, Azərbaycan dövləti ekologiyanın qorunması, ətraf mühitin mühafizəsi istiqamətində müvafiq qanunlar qəbul edib, dövlət proqramları təsdiq edilib, dövlət başçısı tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb: "Görülən işlər nəticəsində ekologiyamızın, təbiətin və ətraf mühitin qorunması istiqamətində uğurlar əldə edilib. Ölkəmizdə milli parkların, qoruqların sayı artırılıb, meşə massivləri genişləndirilib, sənayenin atmosferi çirkləndirməməsi üçün müasir texnologiyalar tətbiq edilib".

Deputatın sözlərinə görə, görülən işlərlə yanaşı təbiətə vurulan zərərin qarşısını almaq üçün də davamlı tədbirlər həyata keçirilir: "Xüsusilə, yaşıllıqların məhv edilməsi, meşələrin qırılması, ağacların kəsilməsi yolverilməzdir. Ona görə də dövlətimiz bu istiqamətdə müvafiq inzibati tədbirləri də gücləndirir. Bu ilin oktyabrında “Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” və “İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihələrinin parlamentdə qəbul olunması da bunun göstəricisidir. Qanunlara edilən dəyişikliklər əsasında bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eləcə də, tullantıların ətraf mühitə atılmasına görə cərimələrin miqdarı da artırılıb. Bütün bunlar təbiətimizin qorunmasına xidmət edir. Son günlər meşə ağacların kəsilməsi ilə bağlı sərt cəzaların tətbiq olunması hər kəs üçün dərs olmalıdır. Azərbaycanda ağacların kəsilməsi, təbiətə zərər vurulması ilə bağlı kimliyindən asılı olmayaraq hər kəs məsuliyyətə cəlb olunacaq. Hər bir vətəndaş bu məsələdə məsuliyyətli olmalı, təbiətə zərər vurmamalıdır. Təbiəti, bütün canlıları qorumaq bizim əsas vəzifələrimizdən biri olmalıdır. Bu məsələdə həmrəy olmalıyıq, ictimai nəzarəti də gücləndirməliyik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 Dekabr 2024 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri