Icma.az
close
up
RU
Hər tikilinin arxasında böyük zəhmət var...

Hər tikilinin arxasında böyük zəhmət var...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Bu gün inşaatçıların bayramıdır

Hər gün yanından ötüb keçdiyimiz binalar, körpülər, yollar - bunların hər biri sadəcə daş və dəmir parçası deyil. Onların arxasında minlərlə insanın zəhməti və alın təri dayanır. İnşaat sektoru hər bir ölkənin sosial-iqtisadi tərəqqisinə təkan verən amillərdən biridir. Bu sahə dövlətimizin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən sayılır. Son illər Azərbaycan tikinti sektorunda gedən canlanma və dinamik inkişaf da bunu sübut edir.

Yeri gəlmişkən, bu gün - aprelin 10-u ölkəmizdə İnşaatçılar Günüdür. Prezident İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli sərəncamına əsasən, hər il aprelin 10-u ölkəmizdə “İnşaatçılar Günü” kimi qeyd olunur.

Qədim tarixə malik memarlıq abidələrimiz...

Azərbaycanda tikinti işlərinin geniş vüsət alması isə XIX əsrin sonlarına - XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdən indiyədək qorunub saxlanılan yaşayış və ictimai binalar özündə Şərq və Qərb memarlığının nadir nümunələrini əks etdirir.

Maddi mədəniyyətimizin çox qiymətli nümunəsi olan İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu İçərişəhərin ərazisində yerləşən Qız qalası və Şirvanşahlar Saray Kompleksinin UNESCO-nun Dünya Maddi İrs Siyahısına salınması da sübut edir. Həm Şirvanşahlar Saray Kompleksi, həm də Qız qalası Azərbaycan qanunvericiliyi, eləcə də UNESCO tərəfindən dünya əhəmiyyətli abidələr kimi tanınır. Azərbaycan memarlığı və tarixinin bir hissəsi, xalqımızın maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidələr UNESCO-nun ümumdünya irsi kimi qəbul olunub. Təbii ki, bu da Azərbaycanın dünya mədəni irsinə çox əhəmiyyətli bir töhfəsidir.

Ötən əsrin 70-ci illərində respublikamızda tikinti sektorunun inkişafı sürətlənib. Şəhər və rayonlarda nəhəng istehsal müəssisələri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilib. Bu gün isə ölkəmizdə böyük tikinti-quruculuq işləri aparılır. Son illər qəbul edilən Dövlət proqramlarının uğurlu icrası iqtisadiyyatın kompleks inkişafına səbəb olub, tikinti işlərinin əhatə dairəsi xeyli genişlənib. Bu da nəticə etibarilə yeni iş yerlərinin açılmasına, məşğulluq məsələlərinin həllinə və əhalinin rifahının yaxşılaşdırılmasına səbəb olub.

Metro inşaatçılarının əməyi...

İctimai sərnişindaşımada vacib rol oynayan Bakı Metropolitenin inşaatçıları peşə bayramını məhz yerin altında qeyd edirlər. Bakı Metropoliteninin hər gün minlərlə sərnişinə yüksək səviyyədə xidmət göstərməsi məhz metro tikintisində gecə-gündüz demədən çalışan insanların əməyinin nəticəsidir. Metro inşaatçıları 2023-cü ilin sonlarını da xüsusi bayram kimi qeyd etdilər. Məhz azərbaycanlı zəhmətkeşlərin əməyi sayəsində “Xocəsən” elektrik deposu və “Xocəsən” stansiyası istismara verildi.

Azad olunmuş ərazilərə yeni həyat verilir!

Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə böyük tikinti-quruculuq işləri həyata keçirilir. Doğma yurd yerlərimizdə yeni evlərin, kəndlərin salınmasına başlanılıb və bu işlər xüsusi nəzarət altında icra olunur. Ümumilikdə, 2024-2026-cı illərdə Ağdam rayonunda 9690, Füzuli rayonunda 5634, Tərtər rayonunda 368, Xocavənd rayonunda 307 olmaqla, cəmi 15 min 999 fərdi ev və mənzilin tikilməsi nəzərdə tutulur. Azad olunan bütün yaşayış yerləri zamanla sakinlərini qarşılamağa hazır olacaq.

Bu gün ölkəmizdə yenidənqurma, quruculuq işləri uğurla davam etdirilir. Aparılan tikintilərdə Azərbaycan memarlığının heç zaman bitib-tükənməyən milli ruhu, koloriti və daimi müasirliyi öz əksini tapır.

Yeganə BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Aprel 2026 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri