Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

Hər uşaq üçün 250 manat hazırlayın

Hər uşaq üçün 250 manat hazırlayın

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Yeni tədris ilinin başlamasına sayılı həftələr qalıb. 

Avqust ayı ilə birlikdə valideynlərin gündəminə məktəb hazırlığı da daxil olur.  Məktəbli forması, çanta, ayaqqabı, dəftər, qələm, rəngli karandaşlar və digər ləvazimatların alınması ailələrin qarşısında əlavə xərc yaradır. Xüsusilə bir neçə məktəbli övladı olan ailələr üçün bu xərclər daha ciddi maliyyə yükünə çevrilə bilər. 

Bu tədris ili üçün məktəb bazarlığı ailə büdcəsinə neçəyə başa gələcək? Bu il məktəbli formalarının qiymətlərində ötən illə müqayisədə dəyişiklik varmı? 

Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, ötən illə müqayisədə məktəbli formalarının qiymətlərində ciddi dəyişiklik yoxdur: 

“Biz 2022-ci ildən etibarən yeni məktəbli formalarını istehsal edirik. Həmin vaxt qiymətlər belə idi: köynək 14 manat, şalvar 25 manat, jaket 30 manat, ətək isə 25 manat. 

Hazırda isə qısaqol köynək 12 manat, uzunqol köynək 14 manat, şalvar 15 manat, ətək 15 manat, jaket isə 20-22 manatdır. Göründüyü kimi, həmin ildən etibarən qiymətlərdə davamlı olaraq endirimlər edilib. Hazırda xüsusilə şalvar, ətək və jaketlərdə endirimlər var. 

Məsələn, 54 ölçülü şalvarın materialının 60 faizi yun, 40 faizi isə polyesterdir. Ətək və şalvar da eyni tərkibli materialdan hazırlanır. Bu məhsulların qiyməti 15 manatdır və kifayət qədər ucuzdur. 

Hətta bir şalvarı sifarişlə tikdirmək istəsəniz, onu 15 manata tikməzlər”.

O qeyd edib ki, bəzi işbazlar müxtəlif yerlərdən məktəbli formaları gətirib satırlar: 

“Köynəklərimiz isə 100 faiz pambıqdan hazırlanır. Bəzi insanlar başqa yerlərdən daha ucuz köynəklər alırlar, lakin bir dəfə yuduqdan sonra həmin məhsulların keyfiyyəti aşağı düşür, rəngi solur və yararsız vəziyyətə düşür. 

Ona görə də bizim məhsullarımıza bir il zəmanət verilir. Satış mərkəzlərimizdən alınan bütün məktəbli formalarına bu zəmanət tətbiq olunur. Hazırda 8 satış məntəqəmiz var və onlar ilboyu fəaliyyət göstərir. 

Bundan əlavə, istifadə etdiyimiz materiallar Nazirlər Kabinetinin qərarında nəzərdə tutulan tələblərə uyğun hazırlanır. Yəni qərarda göstərildiyi kimi, 60 faiz yun, 40 faiz polyester və ya 100 faiz pambıq tərkibli materiallardan istifadə olunur. 

Məhsullarımız da həmin tələblərə uyğun istehsal edilir. Lakin bəzi işbazlar müxtəlif yerlərdən məktəbli formaları gətirib satırlar. Təbii ki, həmin məhsulların keyfiyyəti fərqli olur və onları uzun müddət geyinmək mümkün deyil”. 

Göründüyü kimi, bir şagirdin məktəbli formasını 60-100 manata almaq mümkündür. Məktəbli çantalarını isə müxtəlif qiymətlərə tapmaq olar. Məktəbli çantasının ən ucuzu 15 manatdan başlayır. Ayaqqabını 30-70 manat arası hesablasaq, dəftərlər üçün 15 manat ayırsaq, siyahı uzanır. 

Qələm, karandaş, pozan, xətkeş, qələmqabı və digər ləvazimatlar 20-40 manat, rəsm, əmək və digər əlavə ləvazimatlar – 10–20 manat vəsait tələb olunur. 

Beləliklə, minimum və ən qənaətli seçimlərlə bir məktəblinin məktəb bazarlığı təxminən 150–200 manata başa gəlir. Daha keyfiyyətli məhsulların seçilməsi, əlavə məktəbli forması və digər ehtiyacların alınması isə bu məbləği 220-300 manat və daha yuxarı səviyyəyə qaldırır. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: tədris Etibar Əzimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Avqust 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see451

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see413

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see295

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see293

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see287

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see260

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see257

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see244

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see229

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see222

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see210

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see208

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see206

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see204

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see202

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see187

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri