Icma.az
close
up
RU
Hər yerdən qovulan, illərdi işsiz qalan məşqçi “İmişli”də!

Hər yerdən qovulan, illərdi işsiz qalan məşqçi “İmişli”də!

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İmişli” baş məşqçi postuna 56 yaşlı Xorxe Kaskilyanı gətirib.

"Football-plus.az" xəbər verir ki, portuqaliyalı 2006-cı ildə futbolçu karyerasını bitirəndən dərhal sonra məşqçiliyə başlayıb. O, Braqa regional çempionatının həvəskar komandası “Santa Mariya”nı çalışdırıb. 2007-ci ildə “Valvedes”ə baş məşqçi təyin olunan məşqçi bir il sonra da “Merelinense”ni çalışdırdı. Xüsusi uğuru ilə yadda qalmayan mütəxəssisin ən uzunmüddətli iş yeri 2009-13 aralığında çalışdırdığı “Moreyrense” olub. 2011/12 mövsümünün sonunda bu komandanı elitaya yüksəldib. Ancaq “Moreyrense” növbəti mövsüm yenidən aşağı dəstəyə yuvarlanıb. Kaskilya 2014-cü ilin martında 2-ci liqa təmsilçisi “Leykşoes”lə anlaşsa da, müsahibəsində klubun adına xələl gətirən fikirlərə görə apreldə qovulub.
Daha sonra “Uniao Leyriya”, “Akademiko Vizeu”, “Uniao Madeyra”, “Jil Visente”, “Leykşoes”, “Kova Pyedad” və “Trofense” klublarını çalışdırıb. 2023-cü ilin martından işsiz olan mütəxəssis indi “İmişli”dədi. Niyə? Hansı uğuruna görə? “Sportinq” üzərində 12 il əvvəl qazandığı qələbəyə, yoxsa 13 il əvvəl 2-ci liqadan elitaya klub qaldırdığına görə? 2 il yarımdı işsiz olan məşqçi işlədiyi son altı klubda 6 aydan çox olmayıb. “İmişli” baş məşqçinin tanıtmasında 20+ il təcrübə yazıb. Hardadı 20+ il? 2006-cı ildən başlayıb, 2023-cü ildən işsizdi. Bundan əvvəl də üç il klubsuz qalıb. Toplamda heç 10 il təcrübəsi olmayan, işlədiyi klublardan ya biabırçı nəticələrə, ya da danışığını bilmədiyinə görə qovulan məşqçi Azərbaycanda nə edə bilər? Ölkəni tanımayan, xəbərdar olmayan məşqçi və onun heyəti aranlıları elitada saxlaya biləcək? İnandırıcı deyil. Uzağı 1-ci liqaya düşüb, yenidən yüksəlib bunu bayram kimi qeyd edə bilərlər.
Bir sözlə, onu deyə bilərik ki, “İmişli” rəhbərliyi belə addım atmaqla elitaya hazır olmadığını göstərir, ya da sadəcə, kiminsə sifarişini yerinə yetirir.
MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 İyun 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri