İmişli də yeni məşqçi təyinatları
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"İmişli" klubunda kadr dəyişiklikləri olub.
QOL.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ruhid Usubov klubun əvəzedici komandasının baş məşqçisi vəzifəsinə təyin olunub. Ruhis Usubov "İmişli" 1-ci liqada çıxış edərkən əsas komandanın baş məşqçi kimi çalışıb.
Vüqar Əsgərli klubun U-19 komandasını çalışdıracaq. O, müxtəlif dövrlərdə “Qarabağ”-ın U-15, U-17 və U-19 komandalarına rəhbərlik edib, eləcə də “Şamaxı”nın baş məşqçisi kimi çalışıb. Bundan başqa, Azərbaycanın U-19 qadınlardan ibarət milli komandasının baş məşqçisi olub.
Rövşən Babayev isə klubun Gənclərin İnkişaf Proqramının rəhbəri vəzifəsinə təyin olunub. UEFA "A" kateqoriyalı məşqçi lisenziyasının sahibi olan mütəxəssis müxtəlif yaş qruplarında futbolçuların hazırlanması, akademiya idarəçiliyi və peşəkar komandaların məşqçi korpusunda çalışması ilə seçilib. O, karyerası ərzində "Sabah", "Simurq", "İnter", "Sumqayıt", "Xəzər" və digər klublarda uğurla fəaliyyət göstərib.
Baxış sayı:83
Bu xəbər 21 İyun 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















