Icma.az
close
up
RU
Hərarəti olan uşaqlar məktəblərə buraxılmamalıdır XƏBƏRDARLIQ

Hərarəti olan uşaqlar məktəblərə buraxılmamalıdır XƏBƏRDARLIQ

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Son dövrlər mövsüm dəyişikliyi ilə əlaqədar ölkədə epidemioloji vəziyyət və müşahidə olunan xəstəliklər yenidən gündəmə gəlir. Xüsusilə məktəblilər arasında mövsümi xəstəliklərin yayılması ilə bağlı müraciətlərin olub-olmaması və yaz mövsümünün yaxınlaşması fonunda vəziyyətin necə dəyişdiyi maraq doğurur. Bununla yanaşı, vətəndaşların, eləcə də məktəb yaşlı uşaqların mövsümi xəstəliklərdən qorunması üçün görülən profilaktik tədbirlər və verilən tövsiyələr də diqqət çəkən məsələlərdəndir.

Mövzu ilə əlaqədar olaraq Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qeyd edib ki, hazırda Azərbaycanda epidemioloji vəziyyət stabil və nəzarət altında qiymətləndirilir. Onun sözlərinə görə, yaz fəslinin yaxınlaşması ilə əlaqədar olaraq xəstəliklərin strukturunda müəyyən dəyişikliklər müşahidə olunur.

“Mövsümi qripə yoluxma halları azalsa da digər kəskin respirator virus infeksiyaları (KRVİ) hələ də aktivdir. Ümumi tendensiya ondan ibarətdir ki, hava-damcı yolu ilə yayılan infeksion xəstəliklər ciddi şəkildə azalmağa doğru gedir”.

Mütəxəssis-ekspert nəzərə çatdırıb ki, mövsüm dəyişikliyi zamanı məktəblilər ən həssas qruplardan biridir:

“Çünki, qapalı məkanlarda uzun müddət bir yerdə olmaq hava-damcı yolu ilə yayılan infeksiyaların sürətini artırır. Mart ayında temperatur tərəddüdləri uşaqların immun sisteminə təsir edir, nəticədə boğaz ağrısı, zökəm və yüksək hərarətlə müşayiət olunan hallara rast gəlinir. Vitamin çatışmazlığı (avitaminoz) nəticəsində qışdan çıxan orqanizmdə enerjinin azalması, yorğunluq və yuxusuzluq halları qeydə alınır. Yazın gəlişi ilə mövsümi allergiyalar ilə bağlı müraciətlərın artımı gözlənilir. Belə ki, ağacların və bitkilərin tozlanması dövründə asqırma, gözlərdə qaşınma və allergik rinit şikayətlərini çoxaldır. Əlamətlərin oxşarlığı allergik vəziyyətin respirator virus infeksiyası ilə səhv salınmasına səbəb olur.

Səhiyyə Nazirliyi məktəblərdə və bağçalarda hərarəti olan uşaqların kollektivə buraxılmamasını, immuniteti gücləndirməyi üçün mövsümi tərəvəzlər və C vitamini ilə zəngin qidalar rasiona əlavə edilməsini, yaşayış və təhsil otaqlarının müntəzəm havalandırılmasını, rütubətin normada saxlanılmasını, temperatur dəyişikliyinə uyğun geyimin seçilməsini (tərləmə və soyuqlamanın baş verməməsi üçün), əllərin tez-tez yuyulmasını (viruslardan qorunmağın ən sadə və effektiv yolu) tövsiyə edir”, - deyə T.Eyvazov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Mart 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri