Hərbçilərimiz Gürcüstandakı təlimdə FOTO
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Gürcüstanın Müdafiə Nazirliyinin Saçxeri Dağçılıq Təlim Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə keçirilən “Təməl Yay Dağ Təlimi” kursu başa çatıb.
Redaktor.az xəbər verir ki, təlim müddətində hərbi qulluqçular şaquli istiqamətdə hərəkət və enmə, xüsusi dağçılıq avadanlıqlarından, əl və ayaq texnikalarından istifadə edərək qayalara dırmanma, həmçinin dağlıq və qayalıq ərazilərdə müxtəlif praktiki tapşırıqları yerinə yetirib.
Bağlanış mərasimində çıxış edənlər kurs iştirakçılarının əldə etdikləri bilik və bacarıqların əhəmiyyətini, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyə hərbi qulluqçuları arasında birgə fəaliyyətlərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Kursun keçirilməsində əsas məqsəd hərbi qulluqçuların dağlıq və qayalıq ərazilərdə fəaliyyəti üzrə praktiki bacarıqlarının təkmilləşdirilməsi, dağçılıq avadanlıqlarından düzgün və təhlükəsiz istifadə vərdişlərinin artırılması, eləcə də iştirakçı ölkələrin hərbi qulluqçuları arasında təcrübə mübadiləsinin aparılması olub.
Sonda kursu uğurla başa vuran hərbi qulluqçulara sertifikatlar və döş nişanları təqdim olunub, xatirə şəkilləri çəkdirilib.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 01 Oktyabr 2026 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















