Məlahət İbrahimqızı: “İnfeksion xəstəliklərə yoluxan hərbçilərin müalicəsində problemlər var”
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların infeksion xəstəliklərə yoluxduğu və ya belə xəstəliklərə şübhə yarandığı hallarda müayinə, diaqnostika, müalicə və dərman təminatı ilə bağlı problemlər mövcuddur”.
Bizim.Media xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib
Onun sözlərinə görə, məsələ bir neçə qurumun səlahiyyətinə aid olduğundan həllində koordinasiyalı yanaşma tələb olunur:
"Bir tərəfdən, “İcbari tibbi sığorta haqqında” Qanuna əsasən, hərbi qulluqçular icbari tibbi sığortanın Xidmətlər Zərfində təminatın olmaması, digər tərəfdən, Nazirlər Kabinetinin vərəm və digər yoluxucu xəstəliklərlə bağlı dövlət proqramlarında əhalinin müayinəsi, diaqnostikası və müalicəsi nəzərdə tutulur. Bu iki sənəd arasında ziddiyyətlər olduğuna görə, hərbi qulluqçuların infeksion xəstəliklərin müalicəsində çətinliklərə səbəb olur”.
Deputat aidiyyəti dövlət qurumlarını problemin həlli istiqamətində ən qısa zamanda konkret addımlar atmağa çağırıb.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 16 Noyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















