Hərbçilərimiz NATO nun komanda qərargah təlimində iştirak ediblər
Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Ordusunun nümayəndələri "Qətiyyətli Güc-2025" çoxmillətli komanda-qərargah təlimində iştirak ediblər
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun "Qətiyyətli Güc-2025" (Resolute Force-2025) çoxmillətli komanda-qərargah təlimində iştirak edib.
Müdafiə Nazirliyindən AYNA.AZ-a verilən məlumata görə, Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasında təşkil olunan təlimdə ölkəmizi Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun bir qrup zabit heyəti təmsil edib.
Bolqarıstan, Gürcüstan, Rumıniya, Şimali Makedoniya, Yunanıstan ordularının təmsilçilərinin də iştirak etdikləri təlimdə zabitlərimiz tapşırıqların öhdəsindən məharətlə gəlib.
Təlimin keçirilməsinin məqsədi hərbi qərarqəbuletmə prosesinə uyğun fəaliyyətlərin icrası, eləcə də komandirlərin və qərargahların əməliyyat şəraitində bölmələri idarəetmə bacarıqlarının artırılmasıdır.
Komanda-qərargah təliminin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Baxış sayı:65
Bu xəbər 04 İyun 2025 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















