Hərbçilərin də iştirakı ilə zəncirvari qəza baş verdi
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
Yevlaxda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın məlumatına görə, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda qeydə alınıb. Əldə edilən ilkin məlumata görə, hadisə zamanı "Mercedes-Benz", "Opel", iki VAZ markalı və daha bir avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Qəza zamanı xəsarət alanın olub-olmadığı dəqiqləşdirilir.
Qəzaya düşən maşınlardan birində hərbçilər olub.
Faktla bağlı araşdırma başlanıb.

