Hərbçilərlə kartel arasında şiddətli atışma: Ölənlər var
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Meksikada hərbçilər və yerli kartel üzvləri arasında baş verən silahlı atışma nəticəsində iki nəfər həyatını itirib.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Milenio" qəzeti yayıb.
Nəşrin rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, hadisə Meksikanın Xalisko ştatının Okotlan bələdiyyəsində qeydə alınıb.
Ölkənin Müdafiə Nazirliyinin əməkdaşları oğurlanmış avtomobillə bağlı siqnal alıblar. Hadisə yerinə çatan hərbçilər üç avtomobildə olan və cinayətkar qruplaşmanın üzvləri olduğu ehtimal edilən silahlı şəxslərin hücumuna məruz qalıblar. Hərbçilər zirehli nəqliyyat vasitəsini təqib edərək onu vurublar və bundan sonra tərəflər arasında şiddətli atışma başlayıb.
Qəzetin yazdığına görə, hücum edənlərdən iki nəfər məhv edilib, bir hərbçi isə yaralanaraq xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları şübhəlilərdən birini - Honduras vətəndaşını saxlayıb.
Məlumata əsasən, avtomobildən Meksika kartelinə məxsus pulemyot, üç tüfəng və iki qumbara aşkar edilərək götürülüb. Hazırda polis əməkdaşları hadisədən sonra qaçıb gizlənən silahlı qruplaşmanın digər üzvlərini tapmaq məqsədilə ərazidə patrul xidməti həyata keçirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 13 Noyabr 2026 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















