Icma.az
close
up
RU
Hərbdə də, diplomatiyada da mütləq qələbə!

Hərbdə də, diplomatiyada da mütləq qələbə!

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ATƏT-in Minsk qrupunun ləğvi - de-faktodan de-yureyə uzanan yol

Çoxdan gözlənilən xəbər gəldi. Söhbət ATƏT-in Minsk qrupunun ləğvindən gedir. Azərbaycan və Ermənistanın cari il avqustun 8-də ATƏT sədrliyinə birgə müraciətindən sonra ATƏT Nazirlər Şurasının 1 sentyabr 2025-ci il tarixində qəbul edilmiş qərarına uyğun olaraq, 30 noyabr 2025-ci il tarixində Minsk Prosesi və onun əlaqədar strukturlarının bağlanması yekunlaşıb. Bununla bağlı ATƏT bəyanat yayıb. “Bütün zəruri inzibati prosedurların başa çatdırılması bağlanma prosesinin başa çatması deməkdir. Bu proses 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın imzaladığı və ABŞ Prezidenti Donald Trampın da şahidi olduğu tarixi Birgə Bəyannamənin ardınca ATƏT-in bütün 57 iştirakçı dövlətinin 1 sentyabr tarixli konsensus qərarını həyata keçirib”, - deyə bəyanatda vurğulanıb.

Böyük güclərin maraqları və onilliklər ərzində həllini tapmayan münaqişə

Artıq tarix olan ATƏT-in Minsk qrupu keçmiş Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi məqsədilə yaradılan bir qurum idi. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində SSRİ-nin dağılması ilə müstəqillik əldə edən Ermənistan və Azərbaycan 30 yanvar 1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM, 1 yanvar 1995 - ci ildən-Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və ya ATƏT) işinə qoşulublar. Bununla da  qeyd olunan beynəlxalq təşkilatın keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli variantının axtarışına cəlb edilməsinə hüquqi zəmin yaranıb.

Minsk qrupunun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 24 mart 1992-ci il tarixlində Helsinkidə keçirilmiş görüşündən başlayır. Həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunub və ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib. Qrupun üzvləri ilkin olaraq Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, Türkiyə, İsveç, Finlandiya və ABŞ-ı əhatə edirdi, sonradan Fransa da daxil olaraq ümumilikdə 11-dən 13-ə qədər ölkəni birləşdirib. 1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilib. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul olunub. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq edib. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk qrupuna həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər.

Qurumun yaranma tarixinə və həmsədrlik institutunun təsis edilməsinə təsadüfən diqqət çəkmədik. Əslində, 1994-cü ildə Minsk qrupunda həmsədrlik institutunun formalaşdırılması ilə qurumun fəaliyyəti maraqlı güclərin monopoliyası altına keçdi və burada yuxarıda sadaladığımız digər ölkələrin təmsilçiliyi formal səciyyə daşımağa başladı. Yəni həmsədrlik təsisatı yarandıqdan sonra Minsk qrupunun fəaliyyəti əsas etibarı ilə 3 dövlət tərəfindən istiqamətləndirilirdi. Digər üzv ölkələrin, məsələn Almaniya, Türkiyə və İtaliyanın səs hüququ və təsir imkanları praktik olaraq məhdudlaşdırılmışdı. Kollegial fəaliyyət prinsipindən uzaqlaşma həmsədrlərin diqtə etmək imkanlarının artması ilə müşayiət olunurdu. Ən pis məqam isə ondan ibarət idi ki, Minsk qrupu formatında sülhyaratma prosesində əsas təsir rıçaqlarını ələ alan üç dövlətin keçmiş Dağlıq Qarabağ münaqişəsinə selektiv yanaşmaları var idi. Bu yanaşmalar beynəlxalq hüquqla əsla üst-üstə düşmürdü və daha çox həmin dövlətlərin regional maraqlarını ifadə edirdi. Vəziyyəti qəlizləşdirən və Minsk qrupunun fəaliyyətini onilliklər boyunca səmərəsiz edən həm də ABŞ-ın, Fransanın və Rusiyanın işğalçı tərəf olan Ermənistana havadarlıq etmələri idi. Fakt ortada idi. Ermənistan xarici güclərin dəstəyi ilə ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycandakı qarışıq vəziyyətdən istifadə etməklə suveren dövlətin ərazilərinin 20 faizini öz nəzarətinə keçirmişdi. Bu, güc yolu ilə həyata keçirilən ilhaq idi. BMT TŞ-nin müvafiq 4 qətnaməsi də bunu təsdiqləyirdi. Həmin qətnamələr özündə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını ehtiva edirdi. Sülhyaratma prosesinin açarı da məhz BMT qətnamələrinin icrasının təmin edilməsində, işğal faktına son qoyulmasında idi. Minsk qrupunun həmsədr dövlətləri isə işğalçı dövlətə olan xüsusi münasibətlərinin girovluğunda qalaraq beynəlxalq hüquqa, BMT qətnamələrinə  məhəl qoymurdular. Keçmiş Dağlıq Qarabağ münaqişəsi dünyada yaşanan yeganə münaqişə deyildi. Dünya təcrübəsindən bəlli olduğu kimi, bir sıra hallarda ilhaq siyasəti aparan dövlətlərə qarşı sərt tədbirlər görülüb, sanksiyalar tətbiq olunub, hətta hərbi müdaxiləyə də əl atılıb. Lakin Minsk qrupunun həmsədrləri ədalətli həll variantı tapmaq, beynəlxalq hüququ təmin etmək üçün bu mexanizmlərin hər hansı birinin tətbiqi barədə ümumiyyətlə düşünməyiblər və daim işğalçı ilə işğala məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymağa çalışıblar. Nəticə etibarı ilə həmsədr dövlətlərin  regional təsir alətinə çevrilən Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək yox, onu sonsuzluğa qədər uzatmaq, işğal məhsulu olan keçmiş status-kvonu hansısa bir yolla legitimləşdirmək idi. Beynəlxalq hüququn bərqərar olmasını istəyən Azərbaycan hər zaman Minsk qrupunun fəaliyyətinin gücləndirlməsinə çağırışlar edirdi. Lakin həmsədrlər bu çağırışları sanki eşitmirdilərr. Əksinə, biz müşahidə edirdik: İşğal illərində güclü erməni lobbisinin təsir dairəsində olan Fransa hakimiyyəti Ermənistana hərtərəfli dəstəyini daha da artırırdı. ABŞ-ın xüsusilə C.Bayden administrasiyası dönəmində İrəvanla münasibətləri pik həddədək yaxşılaşmışdı. Rusiya da onun tarixən forpostu olmuş ölkədə öz təsir imkanlarını daha da genişləndirməyə çalışırdı. Beləliklə də, Minsk qrupu maraqlı tərəflərin təsir alətinə çevrilmişdi və nəticə də məlumdur: Keçmiş münaqişə otuz il ərzində həllini tapmadı, dondurulmuş vəziyyətdə qaldı.

Üç absurd “həll” variantı və Azərbaycanın qətiyyəti

Minsk qrupunun təxminən üç onilliyi əhatə edən fəaliyyəti (oxu: fəaliyyətsizliyi - red.) daha çox üç absurd təkliflə yadda qaılıb. Bunlar aşağıdakılardır:

1.Ortaq dövlət modeli,

2. 2001-ci ildə irəli sürülən Kazan prinsipləri,

3. 2007-ci il Madrid prinsipləri.

Hər üç həll variantı son nəticədə işğalçı dövlətin maraqlarının təmin olunmasını hədəfləyirdi. Ortaq dövlət modeli işğal olunmuş ərazilərdə Azərbaycanın suverenliyini məhdudlaşdıraraq Ermənistanın təsirini qanuniləşdirməyə yönəlmişdi.

Kazan prinsipləri ərazi bütövlüyü ilə bağlı yanaşmaları səthi şəkildə təqdim edir və işğal olunmuş torpaqların dərhal qaytarılmasını təmin etmirdi. Bu isə beynəlxalq hüququn Azərbaycanın ərazi bütövlüyünə verdiyi üstünlükdən uzaq idi.

Madrid prinsipləri ilə əslində  uzun illər davam edən danışıqlar sıfırlanırdı. Burada məqsəd Ermənistanın faktiki işğalına hüquqi status qazandırmaq, Azərbaycanın suverenliyinə xələl gətirmək və məhdudlaşdırmaq idi. Hər üç prinsip BMT qətnamələrinin məzmunundan çox uzaq idi və hansısa bir yolla Errmənistanın ilhaqına hüquqi əsaslar yaratmağa xidmət edirdi. Təbii ki, müstəqillik və suverenlik prinsiplərini önə çəkən və beynəlxalq hüquqa istinad edən Azərbaycan bu “həll” variantları ilə razılaşa bilməzdi və razılaşmadı da.

Minsk qrupunun fəaliyyətsizliyi fonunda Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi, iki ölkə arasında dövlət sərhədi və keçmiş təmas xətti boyunca  təxribatları artırması, yeni ərazi iddialarından çıxış etməsi son nəticədə 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlamasını qaçılmaz zərurətə çevirdi. Bu, Azərbaycan üçün ədalətli müharibə idi, döyüşlər bizim ərazimizdə gedirdi. İkinci Qarabağ müharibəsi günlərində də Minsk qrupunun fəaliyyətində dönüş müşahidə edilmədi, işğalçı dövlətə hansısa bir formada təsir göstərilmədi. Əksinə, Azərbaycandan müharibəni dayandırmaq istənilirdi. Açıq şəkildə bildirilirdi ki,  keçmiş status-kvoya qayıtmaq, danışıqları yenidən bərpa etmək lazımdır. Yenə də beynəlxalq hüquq unudulurdu. Ərazi bütövlüyünü və suverenliyini təmin etməkdə israrlı olan Azərbaycan təzyiqlərə baxmayaraq, cəmi 44 gün ərzində işğalçı dövləti kapitulyasiyaya məruz qoydu. 44 günlük müharibənin və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatının nəticələrinə uyğun olaraq Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsinə hərbi-siyasi yolla nail oldu.

5 il ərzində reallıqda mövcud olmayan Minsk qrupu

Qeyd etdiyimiz kimi, Azərbaycanla Ermənistan arasında uzun illər ərzində mövcud olmuş münaqişənin əsas səbəbi qonşu dövlətin işğalçılıq siyasəti idi. 44 günlük müharibənin nəticələri ilə respublikamız regionda yeni reallıqlar yaratdı. Münaqişənin, Minsk qrupunun acı bağırsaq kimi uzatdığı danışıqlar prosesinin predmeti daha yox idi. Faktiki olaraq Minsk qrupunun mandatını və yaxud vəzifəsini Azərbaycanın özü yerinə yetirmişdi. Beləliklə qurumun mövcudluğuna da ehtiyac qalmamışdı. Bunu Prezident İlham Əliyev postmüharibə dövründə müxtəlif auditoriyalar qarşısında qətiyyətlə bəyan edib. Minsk qrupunun ləğvi təklifi də qalib Azərbaycandan gəlib. Bunu Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bir daha xatırladan dövlətimizin başçısı vurğulayıb: “Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur. Əgər onu saxlamaqda israrlı olsalar, bu, onların Qarabağla bağlı hələ də ərazi iddialarının olduğunu göstərir. Bu, mövqeyimizin əsasında dayanan məntiq idi. Ermənistanı anlatmaq üçün çox vaxt və səy sərf etdik ki, hər iki tərəf Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə məktub yazsın və bu, Prezident Trampın iştirakı ilə baş verdi”.

Bəli, Minsk qrupunun həyatda qalmaq naminə sərgilədiyi çırpıntılar bir nəticə vermədi. De-fakto mövcud olmayan qurumun de-yure ləğvinə gedən yolda 5 il zaman itirilsə də, ilahi ədalət öz yerini tapdı. Artıq Minsk qrupunun tabutuna son mismar vurulub. Qurumun ləğvi Azərbaycan diplomatiyasının növbəti uğurudur. Hərbdə də, diplomatiyada da mütləq qələbə bizimlədir!

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Dekabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see381

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see368

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see340

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see338

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see304

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see300

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see289

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see216

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see213

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see207

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see202

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see202

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see200

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see190

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see190

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see185

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri