Hərbi bazaya hücum
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın Qərbi Azərbaycan vilayətinin Sərdəşt bölgəsinin Aqlan kəndi yaxınlığında SEPAH-ın bazasına hücum nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
SEPAH-ın “Qərbi Azərbaycan Şəhidləri” bazasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Şakir bildirib ki, bir neçə saat əvvəl terrorçu qruplaşmanın üzvləri Sərdəştin Aqlan kəndi yaxınlığında SEPAH bazasına atəş açıb, nəticədə bir “Bəsic” döyüşçüsü həlak olub, digəri isə yaralanıb.
Qrupun kimliyi və hücumun motivi ilə bağlı əlavə təfərrüat yoxdur. Hücumun hədəfinin bölgədəki SEPAH hərbi bazası olduğu bildirilib.

Hərbi bazaya hücum edildi
03 İyun 2025 16:46
İsrailin şimalında 2 hərbi bazaya hücum etdik Həmas
07 Noyabr 2024 23:45
Bağdaddakı hərbi bazaya naməlum PUA ilə hücum olub
24 İyun 2025 08:57
Nigeriyada hərbi bazaya hücum edilib: 5 əsgər həlak olub
19 Noyabr 2024 03:07
525 ci qəzet Somalidə terrorçular hərbi bazaya hücum edib
11 Fevral 2025 15:52

