Icma.az
close
up
RU
Hərbi cinayətkarları müdafiə edən Avropa Parlamenti, qəbul etdiyi qətnamə ilə hüquqdan danışa bilməz

Hərbi cinayətkarları müdafiə edən Avropa Parlamenti, qəbul etdiyi qətnamə ilə hüquqdan danışa bilməz

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bu gün dünya düzənində sülhdən, əməkdaşlıqdan, multikulturalizmdən danışılan və qlobal problemlərin müzakirə olunacağı platformalar "yox" dərəcəsindədir. Dünya gücləri arasında maraqlar uğrunda davam edən müharibələr bəşəriyyəti böyük təhlükələrlə qarşı-qarşıya qoyub. Biz, dünya nizamında böhran yaşandığı bir dövrdə yaşayırıq. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycanı dünya düzəninin gələcəyini müzakirə olunan bir qlobal platformaya çevirib".

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov açıqlamasında bildirib ki, keçən ilin noyabrında bütün dünyanın diqqətində olan COP 29-u uğurla başa çatdıran ölkəmiz, indi də XII Qlobal Bakı Forumuna ev sahibliyi etməklə ölkəmizin sülhsəvər siyasətini bir daha dünyaya nümayiş etdirmiş oldu.

Azər Badamov

“Bəli, dünyanın müxtəlif yerlərindən gəlmiş indiki və keçmiş dövlət və hökumət başçıları, siyasətçilər, alimlər və beyin mərkəzlərinin nümayəndələri məhz Bakıda "Dünya düzəninin yenidən düşünülməsi", "Çağırışların fürsətə çevrilməsi" mövzusunda geniş müzakirələr apardılar”-deyən deputat qeyd edib ki, Azərbaycanın dünyada ədalətin və beynəlxalq hüququn qalib gəlməsi üçün bütün imkanlarını səfərbər etməsinə baxmayaraq, Ermənistanın və Fransanın girovuna çevrilmiş Avropa Parlamenti ölkəmizə qarşı ittiham və qarayaxmalarla dolu qərəzli qətnamələrin qəbul edilməsini davam etdirməkdədir.

Azər Badamov bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi saxta kağız parçasında erməni girovlar ifadəsindən istifadə olunması, onların özlərini hərbi cinayətlər törətmiş şəxslərlə eyniləşdirilməsindən başqa bir şey deyil.

“Azərbaycanlılara qarşı törətdikləri soyqırımlar, məhv edilmiş şəhər və kəndlərimiz, təhqir olunmuş məscidlərimiz, öz yurdlarından məcburi şəkildə köçkün salınmış 750 min nəfərin acı taleyi və konstitusiyamıza zidd olaraq saxta bir xuntanın yaradılması hamının gözü qarşısnda baş verib. Avropalı parlamentarilər ermənilərin bu özbaşınalıqlarına göz yumur və cinayətkarların müdafiəsinə qalxırlarsa, bu da onların özlərini cinayətkarlarla bərabər tutmasıdır. Həm də Bakıda beynəlxalq hüququn normalarını ali tutaraq qurulan məhkəmə prosesinə Avropa Parlamenti tərəfindən "qondarma məhkəmə" deyilirsə, bu da hüququn ayaq altına atılmasıdır. Bu, həm də onların Azərbaycanın suverenliyinə müdaxilə etmək cəhdidir. Azərbaycanda qanun alidir və Bakıda ittiham olunan erməni cinayətkarlar törətdikləri cinayətlərə görə layiqli cəzalarını alacaqlar. Heç kim ölkəmizi özünün ədalətli mövqeyindən çəkindirə bilməz”-deyə deputat vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Mart 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see186

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see154

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see144

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri