Icma.az
close
up
RU
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir

Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokurorlar ittiham aktının nəticəvi hissəsinin elan edilməsini davam etdirir.

İttiham aktının nəticəvi hissəsi elan olunduqdan sonra təqsirləndirilən şəxslər verilən ittihama münasibət bildirəcək.

Xatırladaq ki, ötən proses prokurorlar tərəfindən elan olunan ittiham aktında Azərbaycanın ayrı-ayrı rayonlarına qarşı törədilmiş cinayətlər və dəymiş ziyanlar açıqlanıb.

Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 11 Fevral 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see150

Musiqi sədaları altında əməliyyat olundu FOTO

18 Aprel 2025 04:04see145

Qəzzadan təcili humanitar yardım çağırışı

18 Aprel 2025 05:33see142

ABŞ dən Yəmən bankına qarşı sanksiya

18 Aprel 2025 03:26see137

Milorad Dodik Kallasın təhdidlərinə cavab verdi

18 Aprel 2025 16:41see137

Azərbaycan çempionatında möhtəşəm qol Video

18 Aprel 2025 18:24see133

Türkiyə qırıcıları İsraillə qarşılaşa bilər Fidandan şok

18 Aprel 2025 12:18see129

“Qalatasaray” və “Konyaspor”dan qələbə

19 Aprel 2025 00:04see126

Boşanmış qadınlar da övladlığa uşaq götürə BİLƏR ŞƏRTLƏR

18 Aprel 2025 19:59see121

Tramp tarixə düşdü

19 Aprel 2025 06:35see120

Yağmursuz, duman, 22 dərəcə isti Günün havası

19 Aprel 2025 08:29see120

Pezeşkian Azərbaycana gəlir bu tarixdə

18 Aprel 2025 13:44see118

“Bağırsaq xərçəngini ən müasir üsulla əməliyyat edirik” Dr.İlqar İsmayılov

18 Aprel 2025 08:01see115

Neftçi Füzuli Paşayevin faciəli ölümünün TƏFƏRRÜATI

17 Aprel 2025 23:44see114

Madriddə Arda ilə bağlı üsyan Qovulması tələb edildi

18 Aprel 2025 21:19see113

ABŞ Yəməni VURDU: 20 dən çox ölən var

18 Aprel 2025 05:43see111

Sığorta nəhənginin rəhbərini öldürdü, Əsl Con Uik adlandırıldı Ölüm cəzası ilə üzləşə bilər

19 Aprel 2025 04:06see111

Kaldı deyib almırıq, amma faydası çoxdur

19 Aprel 2025 02:02see107

Fransa Analitika Mərkəzinin rəhbəri: Ermənistanı dəstəkləməklə Makron uğursuzluğa sərmayə qoyur

19 Aprel 2025 02:55see107

Çinin 5G baza stansiyalarının sayı 4,4 milyona çatıb

18 Aprel 2025 17:08see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri