Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Hərbi ekspert: Antiterror tədbirləri dünya hərb tarixində unikallığı ilə seçilir

Hərbi ekspert: Antiterror tədbirləri dünya hərb tarixində unikallığı ilə seçilir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 sentyabr, AZƏRTAC

Antiterror tədbirləri dünya hərb tarixində unikallığı, fərqliliyi, operativ və sürətli şəkildə həyata keçirilməsi ilə seçilir. Hesab edirəm ki, gələcəkdə bu əməliyyatın taktiki istiqamətləri hərbi təhsil müəssisələrində geniş öyrəniləcək və təhlil olunacaq.

Bunu AZƏRTAC-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli deyib.

O bildirib ki, antiterror əməliyyatının uğurla həyata keçirilməsinin əsas səbəblərindən biri Azərbaycan Ordusunun yüksək peşəkarlığı olub. Hərbçilərimiz əməliyyatı yüksək səviyyədə başlayaraq uğurla yekunlaşdırıblar: “Bunu yaradan əsas amillərdən biri Vətən müharibəsinə qədər və Vətən müharibəsi dövründə əldə olunan döyüş bacarığı və hazırlığı, silah və texnikalardan düzgün istifadə ilə bağlı idi. Taktiki və strateji baxımdan Azərbaycan Ordusu faktiki olaraq bu hərbi əməliyyata hazır idi”.

Hərbi ekspert qeyd edib ki, Vətən müharibəsi dövründə və ondan sonra həyata keçirilən əməliyyatlar da 2023-cü ilin antiterror tədbirlərinin uğurla nəticələnməsini təmin edən amillərdən biri olub. Antiterror əməliyyatına qədər olan dövrdə Azərbaycan Ordusu Qarabağ bölgəsində bir sıra əhəmiyyətli taktiki və strateji məntəqələrə nəzarəti təmin edib.

“Həmin məntəqələr silahlı qüvvələrimizin sürətli hərbi əməliyyat keçirməsini təmin etdi. Fərrux, Qırxqız yüksəklikləri, o cümlədən Şuşanın Azərbaycan Ordusunun nəzarətində olması hərbi əməliyyatlar zamanı qarşı tərəfin manevr imkanlarını məhdudlaşdırdı”, - deyə o bildirib.

Ramil Məmmədli vurğulayıb ki, effektiv silah və texnikalardan istifadə də əməliyyatın daha sürətli və səmərəli həyata keçirilməsinə imkan yaradıb. Dəqiq hədəfləri məhv edən silah və texnikalar, o cümlədən taktiki raketlər və pilotsuz uçuş aparatları antiterror əməliyyatının effektivliyini və sürətini artıran əsas vasitələrdən olub:“Qarşı tərəf bunun belə olacağını düşünmürdü və hesab edirdi ki, hansısa formada Azərbaycan Ordusunun qarşısını ala biləcəklər. Lakin 23 saat 43 dəqiqə ərzində böyük və dağlıq ərazidə sürətli hərbi əməliyyatın keçirilməsi, qarşı tərəfin təslim olmağa məcbur edilməsi dünya hərb tarixində, dünya müharibələrinin və hərbi qarşıdurmaların heç birində baş verməyib. Qısa müddətdə uğurlu hərbi əməliyyatlar olsa da, belə nəticələr əsasən kiçik ərazilərdə əldə edilib. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatının isə böyük və mürəkkəb dağlıq ərazidə qısa müddətdə uğurla nəticələnməsi Azərbaycan Ordusunun imkanlarını bir daha nümayiş etdirib. Bu, bir daha göstərdi ki, Azərbaycan Ordusu təkcə irimiqyaslı klassik hərbi əməliyyatlar və müharibə aparmaq deyil, həm də antiterror əməliyyatlarını sürətli şəkildə həyata keçirmək istiqamətində ixtisaslaşıb və güclü döyüş hazırlığına malikdir”.

Hərbi ekspert əlavə edib ki, məhz bu səbəbdən bu gün Azərbaycanın dost və tərəfdaş ölkələrinin bir sıra orduları ölkəmizin hərbi və döyüş təcrübəsini öyrənməyə çalışır.

Müxbir - Göyçək Mahmudlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2026 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see609

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see540

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see412

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see325

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see287

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see283

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see281

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see268

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see267

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see245

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see227

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see218

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see215

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see213

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see208

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see200

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see192

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see184

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see183

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri