Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Hərbi ekspert Qarabağdakı antiterror əməliyyatının səbəblərini açıqladı

Hərbi ekspert Qarabağdakı antiterror əməliyyatının səbəblərini açıqladı

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“Vətən müharibəsi başa çatdıqdan sonra Ermənistan tərəfi imzalanmış üçtərəfli birgə bəyanatın şərtlərini və üzərinə düşən öhdəlikləri yerinə yetirmirdi”.
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.
Onun sözlərinə görə, silahlı qüvvələrini və erməni silahlılarını Qarabağdan çıxarmayan Ermənistan tərəfi bəyanatın şərtlərinə tam zidd olaraq Azərbaycan ərazilərinə silah-sursat, texnika, vasitə və avadanlıq daşımaqda davam edirdi:
“Paralel olaraq erməni silahlıları rus kontingentinin gözü qarşısında Azərbaycanın mövqelərinin qarşısında döyüş mövqeləri yaradır, mühəndis-istehkam qurğuları inşa edir, kəşfiyyat-diversiya fəaliyyəti göstərir və mina basdırırdılar. Azərbaycan tərəfindən rusların müvəqqəti nəzarətində olan ərazilərdə ermənilərə aid 500 döyüş mövqeyi, 350 artilleriya atəş mövqeyi inşa edildiyi müəyyən edilmişdi. Bundan əlavə, çoxsaylı radioelektron mübarizə vasitələri, radiolokasiya stansiyaları, zenit-raket kompleksləri, polimer sığınacaqlar, sursat anbarları, 45-dən çox dislokasiya məntəqəsi, komanda və idarəetmə məntəqələri yaradılmışdı. Bütün bunlar Azərbaycan Ordusunun şəxsi heyətinin və azad edilmiş ərazilərdə çalışan Azərbaycan vətəndaşlarının həyat və sağlamlığı üçün kifayət qədər ciddi təhlükələr yaradırdı”.
Ədalət Verdiyev əlavə edib ki, Ermənistanın təxribatları isə kifayət qədər intensiv xarakter daşıyırdı:
“Atəşkəs pozuntularını izləyirdik. Ermənilərin basdırdığı minalar nəticəsində Azərbaycan vətəndaşları həyatını və ya sağlamlığını itirirdilər. Paralel olaraq separatçı rejim Qarabağda növbəti, dırnaqarası “qondarma qurumun” dırnaqarası “prezident seçkilərini” keçirirdi və bununla da Azərbaycanın səbrini sınağa çəkməyə çalışırdı. “Voma”, “Yerkrapah”, “Erməni Qartalları”, “Qırmızı Baretlilər” kimi silahlı qruplaşmalar da Azərbaycan ərazilərində silahlı təlimlər keçirirdilər. Bütün bu proseslərin qarşısını almaq məqsədilə növbəti erməni təxribatlarından birindən sonra Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən günorta saat 13 radələrində antiterror əməliyyatının başlanmasına dair əmr verildi. Bu əmr çox qısa müddətdə icra edildi. Cəmi bir gündən sonra Qarabağda mövcud olan 18 minlik hərbi kontingent diz çökərək ağ bayraq qaldırdı. Qarabağda mövcud olan separatçı rejim isə kapitulyasiya aktını imzalamağa məcbur oldu. Antiterror əməliyyatı ilə Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzü və suverenliyimizi tam həcmdə bərpa etdi. Bununla da Azərbaycan ərazisində separatizm tamamilə darmadağın edildi. Ermənistan silahlıları tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarıldı”.
Qeyd edək ki, Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-da Qarabağda keçirdiyi 24 saatlıq lokal antiterror tədbirləri regionda uzun illər davam edən separatçılığa həmişəlik son qoydu. Qanunsuz erməni silahlı birləşmələrinin təslim olması ilə ölkənin bütün ərazisində suverenlik tam bərpa edildi. Bu qətiyyətli addım Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən strateji xəttin məntiqi yekunu oldu. Hərbi uğur Qarabağın yenidən qurulması prosesini sürətləndirdi və Böyük Qayıdış proqramının miqyasını genişləndirdi. Ağdam, Füzuli, Laçın və Zəngilandan sonra Xankəndi, Xocalı, Əsgəran və Şuşada da Azərbaycan bayrağının dalğalanması tarixi ədaləti bərpa etdi. Mülki əhaliyə və infrastruktura zərər vurmadan həyata keçirilən əməliyyat dünya hərb tarixinə ən dəqiq və sürətli hərbi gedişlərdən biri kimi düşdü.
Fidan Hacızadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Sentyabr 2026 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see576

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see523

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see385

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see305

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see266

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see260

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see257

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see255

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see243

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see236

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see231

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see216

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see207

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see204

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see202

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see197

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see193

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see188

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see187

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri