Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

“Antiterror Azərbaycanın hərb tarixinə zərgərlik dəqiqliyi ilə aparılan əməliyyat idi” Hərbi ekspert

“Antiterror Azərbaycanın hərb tarixinə zərgərlik dəqiqliyi ilə aparılan əməliyyat idi” Hərbi ekspert

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan xalqı yeni tarixində işğala məruz qalmış bir xalqın tarixini yaşadı. Xocalı faciəsini yaşayan və başına faciələr gətirilən bir xalq oldu. Baxmayaraq ki, beynəlxalq qurumlar tərəfindən ağıllı sözlər deyilirdi, dörd qətnamə qəbul olunmuşdu, ancaq balaca bir Ermənistanı həmin qətnamələrin tələblərini yerinə yetirməyə məcbur edə bilmədilər. Daha doğrusu, deyərdim ki, istəmədilər. Qətnamələr sadəcə sənəd üzərində qəbul olunurdu, çağırışlar sadəcə çağırış formasında olurdu. Ancaq beynəlxalq normalar çərçivəsində dünyanın özünün qəbul etdiyi qanunlar ikili standartlara məruz qalaraq Azərbaycanın haqq işinə çatanda həm kar oldular, həm kor oldular, həm də lal oldular. O üç fiqurun bənzətməsinə bənzəmişdilər”.
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib.
Onun sözlərinə görə, belə bir vəziyyətdə Ermənistan kimi hiyləgər bir dövlətlə, 20 faizi işğal altında olan bir vətəni və işğala məruz qalan bir xalqı bu vəziyyətdən yalnız özü çıxmalı idi və özü çıxış yolu tapmalı idi:
“Tarixdə işğalla bağlı çoxlu faktlar var. Ancaq işğalçıları darmadağın edib ərazini bütövlükdə bərpa edən çox az sayda xalq tapmaq olar. Müdrik xalq, müdrik liderlik xüsusiyyətlərinə malik olan rəhbərin rəhbərliyi altında xalq həmin rəhbərin ətrafında sıx birləşərək öz haqq işini bütün dünyaya sübut edə bilər. Bu da Azərbaycanın yeni tarixinə yazılan bir səhifədir. Bu gün müdrik rəhbəri olan, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kimi bir rəhbərə malik olan xalq onun ətrafında birləşə bildi, onun tapşırıqlarını yerinə yetirdi, qərarlarını qəbul etdi. Bizim tariximizə işğal altında olan xalqın tarixi yox, işğalçıları darmadağın edib qələbə çalan, ərazi bütövlüyünü bərpa edən xalq kimi yazıldı. Vətən müharibəsinə kimi biz o günləri dərin hüznlə qeyd edirdik. Xalqımızı sındırmaq istəyənlərə baxmayaraq, Azərbaycan xalqı birləşdi və bütün dünyaya göstərdi. Vətən müharibəsinin nəticəsində ərazi bütövlüyümüzü bərpa etdik. Mən deyərdim ki, bunun anonsunu cənab Prezident Aprel hadisələrindən sonra demişdi. Bildirmişdi ki, Azərbaycan Ordusu qısa zamanda işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Ermənistanda Paşinyan hakimiyyətə gələndən sonra yeni ərazilərin işğalı ilə bağlı, demək olar ki, həyasızcasına ifadələr bir-birinin ardınca gəlirdi və bu ifadələr onu göstərirdi ki, Azərbaycan öz haqqını ancaq silah gücü ilə həyata keçirə bilər. Elə də oldu. Azərbaycan Ordusu, oğulları və xalqı bir yumruq kimi qısa zaman ərzində, 44 günə, ərazi bütövlüyümüzü bərpa etməyə qadir oldu. Lakin bir hissəsi Dağlıq Qarabağda və Rusiyanın müvəqqəti sülhməramlı qüvvələrinin yerləşdiyi ərazidə qalmışdı. Ora hələ Azərbaycanın qanunlarının tam işləmədiyi separatçı yuvası kimi idi. Açıq-aydın orada silahlanırdılar. Əlbəttə, orada rusların da əli var idi. Onların postları gündən-günə artırdı, silahları, qanunsuz dəstələri gündən-günə çoxalırdı. Silahlar kontrabanda yolu ilə Ermənistandan Dağlıq Qarabağa gətirilirdi və bu silahların içində ağır silahlar da var idi. Əlbəttə ki, bunlara Azərbaycan diqqətsiz qala bilməzdi. Hətta bizim aylarla ekoloji terrora qarşı olan etirazımızın nəticəsi olaraq, haqlı olaraq, o mədənlərə nümayəndələrin, jurnalistlərin buraxılması ilə bağlı tələbimiz də yerinə yetirilmədi. Azərbaycan artıq öz sözünü Ermənistanla Xankəndiyə gedən yolun sərhəd postunu qurmaqla, öz iradəsini və öz ciddiliyini göstərdi.
Azərbaycan, baxmayaraq ki, Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazi idi, istər içində, istər ətrafında baş verən bütün prosesləri daim müşahidə edirdi. Biz bilirdik ki, o torpaqları da, əgər biz separatçıların yuvasını məhv etməsək, onların kökünü kəsməsək, bu, Azərbaycanın yeni bir münaqişə ocağına çevrilə bilər. Orada gedən proseslərin məhz gələcəkdə hansı təhlükələr törədə biləcəyi artıq bəlli olurdu. Əlbəttə, digər tərəfdən də Azərbaycan qələbə çalsa da, Rusiyanın qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Azərbaycanın tam suverenliyi və qanunları şamil olunmurdu. Belə olduğu halda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev növbəti tarixi əmrini verdi və antiterror tədbirləri kimi tarixə yazılan tədbirlər bir daha Azərbaycan dövlətinin qüdrətini, iradəsini, gücünü və peşəkarlığını bütün dünyaya sübut etdi”.
Ekspert əlavə edib ki, böyük bir ərazidə, 30-dan yuxarı mövqedə, 400 kilometrə yaxın təmas xəttində Azərbaycan Ordusu bir sutkadan da az müddətdə separatçı-terrorçu silahlıları tərksilah etdi, ağ bayraq qaldırmağa məcbur etdi və separatçıların yuvasını darmadağın edərək, demək olar ki, kökünü kəsdi:
“Vətən müharibəsindən öncə və ondan sonra özlərinə məxsus ifadələr edənlərdən biri çayla bağlı ifadələr idi. Hansı ki, deyirdilər, biz gəlib Bakıda çay içəcəyik. Və həqiqətən də cənab Prezidentin dediyi kimi, onlar Bakıda çay içməyə – separatçı rejimin rəhbərləri Bakıda çay içməyə – məcbur oldular. Ancaq dustaqxanada. Müdrik xalq və rəhbər olan ölkə öz haqq işinə və separatçı rejimə qarşı antiterror tədbirləri nəticəsində həmin rejimi məhv edərək Azərbaycanın bütün ərazisində suverenliyini bərpa etdi. Bununla da xalq həm Vətən müharibəsində, həm də antiterror tədbirlərində canından keçən qəhrəmanlarımızın, sağlamlığından keçsə də tapşırığı yerinə yetirən qazilərimizin və digər iştirakçıların qəhrəmanlığı nəticəsində Azərbaycan bir daha tam qələbə çalaraq öz ərazilərini separatçılardan aldı və məqsədinə nail oldu. Biz bilirdik ki, əməliyyatın nəticəsində çox diqqətli olmalıyıq. Çünki beynəlxalq qurumlar və s. Azərbaycana qarşı işləyən qüvvələr Azərbaycanın antiterror tədbirlərindən öz çirkin əməlləri üçün istifadə etməyə şərait tapmamalı idi. Azərbaycan Ordusu antiterror tədbirlərini elə dəqiqliklə keçirdi ki, demək olar ki, bir erməni dinc nümayəndəsinə zərər dəymədi, mülki obyektlərə, dinc infrastruktura zərər toxunmadı. Əlbəttə, antiterror tədbirləri Azərbaycanın apardığı təhlükəsizlik baxımından, dinc əhaliyə zərərin dəyməməsi baxımından, demək olar ki, tarixdə yeganə bir nümunə kimi qalacaqdır. Azərbaycan Ordusu antiterror tədbirlərini keçirmək üçün hazırlaşırdı. Bütün hədəflərə ayrılan atəş vasitələri böyük peşəkarlıqla seçilirdi. O hədəflər ki, dinc əhaliyə yaxın idi, evlərə yaxın idi, orada dəqiq vuran, Azərbaycanın arsenalında olan müasir atəş vasitələrindən istifadə olunurdu. Digər atəş vasitələrindən isə dinc əhalidən uzaqda, təhlükəsizliyi təmin edərək istifadə olunurdu. Beləliklə, antiterror tədbirləri Azərbaycanın hərb tarixinə zərgərlik dəqiqliyi ilə aparılan əməliyyat kimi, daim tarixi zənginləşdirən hadisə kimi yazılacaqdır. Antiterror tədbirlərinin iştirakçıları, Vətən müharibəsinin davamçıları kimi, bir daha qələbə bayrağını separatçıların yuvasında qaldırmağa nail oldular”.
Fidan Hacızadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Sentyabr 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see909

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see500

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see356

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see322

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see296

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see292

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see278

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see267

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see266

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see259

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see251

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see248

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see246

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see235

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see230

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see228

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see228

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see206

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see198

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri