Icma.az
close
up
RU
Hərbi ekspert: TerPterosyanın bu etirafı bütün “daşları yerinə oturtdu” VİDEO

Hərbi ekspert: TerPterosyanın bu etirafı bütün “daşları yerinə oturtdu” VİDEO

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Yutub sosial platformasında Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın “Yerkrapa” hərbi təşkilatının 1993-cü il iyulun 23-24-də keçirilmiş Birinci Qurultayında səhra komandirləri qarşısında etdiyi çıxışın videoyazısı paylaşılıb. Bu paylaşımda Levon Ter-Petrosyan öz çıxışı ilə erməni faşizminin iç üzünü ortaya qoyub.
Levon Ter-Petrosyanın çıxışı hərbi və siyasi təhlilçilərin də diqqətini cəlb edib.
Modern.az-ın məlumatına görə, hərbi icmalçı, ehtiyatda olan polkovnik-leytenat Nazim Bayram Ter-Petrosyanın sözügedən çıxışını qısa tezislər şəklində şərh edib.
“Çoxumuz bu çıxışa ilk olaraq, tarixi retrospektivdə baxsaq da, onun Ermənistan-Azərbaycan münasibətlərinin dünəninə, bu gününə və sabahına yönəlik əhəmiyəti ən kəskin aktuallığını saxlamaqdadır. Ona görə də, bu çıxışa ötüb-keçmiş hadisə kimi baxmayaq.

Eyni zamanda, nəzərdən qaçırmayaq ki, bu çıxış Ermənistanın Azərbaycan xalqına qarşı düşünülmüş və planlı şəkildə həyata keçirdiyi işğalçılıq, etnik təmizləmə və soyqırımı strategiyasının Ermənistanınbu ölkənin ali rəhbərliyi tərəfindən ilk rəsmi (!) və dolğun etirafıdır. Ter-Petrosyanın sözügedən çıxışı  həm də  və təkzibolunmaz hüquqi sübutdur”, - N.Bayram vurğulayıb.



Hərbi icmalçı erməni prezidentin çıxışındakı məqamlarla bağlı aşağıdakı qeydləri edib:
“Levon Ter-Petrosyan “proqram xarakterli çıxışında bəyan edir ki, lideri olduğu “Erməni Ümummilli Hərəkatı” və onun silahlı qolu olan “Yerkrapa” silahlı dəstələri ermənilərin 600 ildən bəri həll edə bilmədyi problemi həll etdi.
O deyir: “Müstəqillik əldə olunmazdan üç il əvvəl (1988-ci ildə) azərbaycanlıların çoxluq təşkil etdiyi Vardenis, Masis, Amasiya rayonları, Zəngəzur bölgəsi və daha sonra Qarabağ azərbaycanlı əhalidən təmizləndi. Bu təmizlənmə olmasaydı, Ermənistan dövlət qura bilməzdi... Bu sarsılmaz tarixi nailiyətimizin təsirini erməni xalqı bundan sonra daha 600 il hiss edəcək!

İkinci tarixi nailiyətimiz, Azərbaycanda yaşayan 500 min erməninin oradan çıxmasıdır.

Bu da “Erməni Ümummilli Hərəkatı”nın həll etdiyi daha bir ümummilli miqyaslı problem idi. Çünki onlar Azərbaycanda qalsaydılar, bu, Azərbaycanın əlində Ermənistana güclü təsir rıçaqı olardı. Düzdür, onların bir qismi şərəfini və mülkünü itirdi. Lakin nəticə etibarı ilə və tarixi miqyasda bu, böyük nailiyətdir, çünki onlardan 300 mini Ermənistana köçdü və 10-20 ildən sonra onlar (törəyib) 1 milyon, 1 milyon yarım olacaqlar.

Və nəhayət üçüncü və ən böyük nailiyətimiz odur ki, hərbi fəaliyətimiz və onu təmin edən zərgar dəqiqliyi ilə apardığımız siyasi-diplomatik iş nəticəsində “Artsax” məsələsi həll olundu. Bu gün “Artsax”ı və ondan daha böyük əraziləri ələ keçirmişik (Laçın, Kəlbəcər və Ağdam rayonların cəmi ərazicə keçmiş Dağlıq Qarabağ muxtar vilayətindən daha böyükdür). Hazırkı vəzifəmiz sülh danışıqları yolu ilə bu nailiyətlərimizi qoruyub saxlamaqdır. Danışıqlar 10-20-30 il də sürə bilər...”.

Burada heç birimizin indiyə kimi bilmədiyi bir məsələ odur ki, ermənilərin Azərbaycandan çıxarılması erməni faşist liderlərinin məqsədyönlü planı imiş. Əvvələr düşünürdüm, Azərbaycanda yaşayan ermənilər erməni faşistlərinin siyasətinin “yan qurbanlarıdır”. Buradan köçən ermənilər də o zaman belə düşünürdülər.

Lakin Levon Ter-Pterosyanın bu çıxışı bütün “daşları yerinə oturtdu”".
Nazim Bayram bildirib ki, Sumqayıt iğtişaşlarının əsas provokatoru Qriqoryanın sadəcə qarışıq şəraitdən istifadə etmiş kriminal element deyil, erməni faşist strategiyasını bilavasitə həyata keçirən emissar olmasına artıq şübhə yeri qalmadı:

"1988-1994-cü illərdə Azərbaycanda həyata keçirilmiş erməni terror aktlarının və 35-ci ildönümü yaxınlaşan 20 Yanvar hadisələrinin də Levon Ter-Petrosyanın çıxışı ilə “erməni milli-azadlıq hərəkatında” əsl yeri və mahiyəti tam aydınlaşır.

Əminəm, Levon Ter-Petrosyanın bu nitqi sübut sənədi olaraq, Azərbaycanın Ermənistana qarşı beynəlxalq məhkəmələrdə qaldırdığı iddialara və hazırda Bakı türməsində məhkəmə gözləyən separatçı liderlərin cinayət işlərinə və ittihamnamələrinə daxil ediləcək.

İnsanlığa qarşı cinayətlərin nəticələri aradan qalxmadan - Ermənistandan qovulmuş azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmadan və o torpaqlara sahib olmadan - erməni məsələsində nöqtə qoymaq, Ermənistanı 29743 min kv. km ərazidə tanımaq olmaz!”.
 


A.Qorxmaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Yanvar 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri