Icma.az
close
up
RU
Hərbi əməliyyat başlayır: Hücum bu istiqamətdən OLACAQ TƏCİLİ

Hərbi əməliyyat başlayır: Hücum bu istiqamətdən OLACAQ TƏCİLİ

News24 saytına istinadən Icma.az xəbər verir.

İran raketləri hazırda qurğulara yüklənir və ABŞ tərəfindən eskalasiya halında buraxılmağa hazırdır. Bu barədə mənbəyə istinadən “Tehran Times” qəzeti yazıb.

Məqalədə deyilir: “Pandora qutusunun açılması ABŞ hökumətinə və onun müttəfiqlərinə baha başa gələcək”.

İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə misli görünməmiş bombardmana məruz qalacağını bildirən Amerika lideri deyib: “Nüvə sazişində irəliləyiş olmasa, iki həftədən sonra İrana qarşı ikinci dərəcəli rüsumların tətbiqi ilə bağlı qərar qəbul edəcəyəm”.

Maraqlıdır, baş verən hadisələr sonda müharibə ilə nəticələnə bilərmi?

Məsələ ilə bağlı politoloq Taleh Əliyev News24.az-a açıqlamasında bildirib ki, iki ölkə arasında baş verənlər yaxın aylarda yeni müharibənin başlanacağı ehtimalını gücləndirir.

"ABŞ və İsrailin İrana qarşı düşmən münasibəti İslam inqilabından sonra formalaşıb və bu gərginlik illərdir davam edir. Son hadisələr isə bu qarşıdurmanın daha da dərinləşəcəyini göstərir. ABŞ və onun yaxın müttəfiqi İsrail demək olar ki, İrana qarşı düşmən münasibətləri İslam inqilabından sonra başlayıb. Son zamanlar İraqın şərqində İranın qüvvələrinin sıradan çıxarılması və hərbi əməliyyatlar onu göstərir ki, prosesin məntiqi sonluğu İran üzərində yekunlaşacağı gözlənilir. İran artıq hava hücumundan müdafiə qüvvələrini hazır vəziyyətə gətirir".

Politoloq əlavə edib ki, İran təkcə hərbi güc deyil, həm də siyasi təsir imkanlarından istifadə edir, onlar videomateriallarla informasiya müharibəsi apararaq öz gücünü nümayiş etdirməyə çalışır:

"İran daha çox videomateriallardan istifadə etməklə hərbi gücündən daha çox özünün siyasi gücünü işə salıb. ABŞ və İsrail İrana hər hansı zərbələr endirəcəyi təqdirdə, İran bunun qarşısını hərbi müstəvidə almağa çalışacaq. İranın da ABŞ və İsrailə qarşı hərbi əməliyyat keçirmək potensialı var. Bu isə vəziyyətin daha da kritik həddə çatmasına səbəb ola bilər. İran İsrail üçün hər zaman hədəf olub. Münasibətlərin gərginləşəcəyi fonda hərbi əməliyyatlar qaçınılmaz olacaq".

Aqil Qarayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 Aprel 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see387

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see259

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see258

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see251

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see250

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see249

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see247

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see244

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see243

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see242

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see232

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see225

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see223

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see222

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see222

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see222

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see222

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see221

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see220

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri