Hərbi liseyin məzunu Türkiyədə vəfat edib FOTO (YENİLƏNİB)
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Türkiyədə xəstəxanaya yerləşdirilmiş Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyada hərbi təhsil aldığı müddət ərzində, 2024-cü ilin may ayından Omsk şəhərində yerləşən Akademik N.N.Burdenko adına Baş Hərbi Klinik Hospitalda müalicə olunan kursant Quluzadə Elvin Eldəniz oğlu müalicəsini davam etdirmək üçün 19 iyul 2024-cü il tarixindən Türkiyənin Ankara Universitetinin Tibb Fakültəsinin xəstəxanasında yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq fevralın 25-də qeyd olunan xəstəxanada kəskin leykemiya, reaktiv perikardit (qan xərçəngi) səbəbindən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
*** 15:04
Naxçıvan şəhəri Heydər Əliyev adına Hərbi Liseyin məzunu, Rusiya Hərbi İnistitunun kursantı olmuş Elvin Quluzadə vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Qeyd olunub ki, E.Quluzadə xəstəlik səbəbindən dünyasını dəyişib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 26 Fevral 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















