Icma.az
close
up
RU
Hərbi paradın aparıcısı Şəmistan Əlizamanlı olsun Qarabağ qazilərindən TƏKLİF

Hərbi paradın aparıcısı Şəmistan Əlizamanlı olsun Qarabağ qazilərindən TƏKLİF

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Noyabrın 8-də Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş hərbi parad keçiriləcək. 

Tanınmış jurnalist, Qarabağ müharibəsi qazisi İlham Tumas hərbi paradın aparıcısının Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı olmasını təklif edib:

"Zəfərimizin 5 illiyinə həsr olunmuş parada hazırlıq gedir. Hər bir paradın möhtəşəmliyi həm də parad aparıcısının səsindədir. Azərbaycanda hərbi səs, hərbi vətənpərvərlik mahnıları deyəndə bir səs yada düşür. Bu səs Şəmistan Əlizamanlı səsidir. Bu səs illər boyudur bizi qələbəyə, Zəfərə səsləyib. Zəfər paradının səsi olmaq onun haqqıdır. Məncə möhtəşəm paradımızın səsinin Şəmistan Əlizamanlının səsi olacağını həm Ordu mənsubları, həm qazilər, həm də bütün xalqımız arzulayır. İnşallah, qardaşlarımız bu səsin müşayiəti ilə addimlayarlar", - deyə o bildirib.

“Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi qazisi, jurnalist Rey Kərimoğlu Redaktor.az-a açıqlamasında İlham Tumasın təklifini dəstəklədiyini bildirdi.

"Çox dəyərli təklifdir. Mən bu fikri tam şəkildə dəstəkləyirəm. Xalqın yaddaşında Şəmistan Əlizamanlının o möhtəşəm, əzəmətli səsi qalıb. İnanın ki, bu gün orduda general, polkovnik rütbəsində xidmət edən elə insanlar var ki, bizimlə görüşəndə deyirlər: “Cənab leytenant” mahnısını orta məktəbdə dinləyib hərbiçi olmaq istəmişik, sonra da bu yolla getmişik. Onların arasında Vətən Müharibəsi Qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanları da var. Belə bir səsin Azərbaycanın “Zəfər Beşilliyi” ilə bağlı paradı aparması çox gözəl olardı. Bu, həm xalq üçün, həm də ordu üçün böyük ruh yüksəkliyi yaradardı. Mən bu təklifi səmimi şəkildə dəstəkləyir və alqışlayıram. İnanıram ki, bunun faydası böyük olacaq".

Redaktor.az bu barədə Şəmistan Əlizamanlının öz düşüncələrini də öyrəndi. O bildirdi ki, paradın keçirilməsi çox gözəl hadisədir:

"Çünki uzun illərdən sonra ordumuz dünyaya səs salan möhtəşəm bir qələbə qazandı və xalqımızı sevindirdi. Başda cənab Ali Baş Komandan olmaqla, onun rəhbərliyi, qətiyyəti və cəsarəti, xalqımızın xeyir-duası nəticəsində ordumuz 44 gün ərzində dünyada analoqu olmayan möhtəşəm bir zəfər əldə etdi. Mütləq parad keçirilməlidir, çünki bu, bizim haqqımızdır, xalqımızın haqqıdır. Biz bu yolda, bu müharibədə minlərlə şəhid vermişik. Həmin gün şəhidlərimizin ruhu da şad olacaq, əsgər və zabitlərimiz isə qürurla meydandan keçəcəklər. O ki qaldı bu paradın kim tərəfindən aparılmasına vallah, onu mən seçmirəm, qərarı da mən vermirəm. Amma əgər belə bir təklif olarsa, əlbəttə, böyük məmnuniyyətlə o paradı apararam və bundan qürur duyaram".

Qeyd edək ki, əvvəlki hərbi paradların diktoru olmuş polkovnik Abdulla Qurbani Silahlı Qüvvələrdən tərxis olunub.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri