Icma.az
close
up
RU
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə səfərdədir FOTOLAR

ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə səfərdədir FOTOLAR

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin mart ayında Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və ATXƏM İB-nin layihə rəhbərliyi ilə Bakıda və Qarabağ bölgəsində "Türkman irsi: Vətəndaş Cəmiyyətinin həmrəyliyi" mövzusunda Forum və silsilə tədbirlər keçirilib.
Tədbir çərçivəsində Bakıya səfər etmiş İraq-Türkman Cəbhəsi başkanı, millət vəkili Ərşad Salihi, Türkmeneli Akademisyenler Teşkilatı sədrı Dr. Nebil Şahin Kifrili tərəfindən bu yaxınlarda Vətənpərvərliyin Təbliğinə Dəstək İB-nin sədri Şəmistan Əlizamanlı və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İB-nin sədri İlham İsmayılov silsilə tədbirlərdə iştirak etmək üçün İraqa dəvət olunublar.
Bizim.Media xəbər verir ki, dəvət əsasında hazırda Şəmistan Əlizamanlı və İlham İsmayılov "Vətənpərvərlik mövzusunda yeni musiqi əsərinin hazırlanması və Türkman Vətəndaş Cəmiyyəti üzvləri ilə görüşlər və konfranslar" layihəsini icra etmək üçün Kərkük şəhərində səfərdədirlər.
Səfər müddətində Vətəndaş Cəmiyyəti təşkilatları arasında əlaqələrin qurulması, İraq Türkman irsinin, ortaq mədəniyyətin təbliği, xalqlarımız arasında əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə konfranslar, görüşlər keçirmək, türkmanların yaşadığı bölgələrə səfərlər etmək və s. nəzərdə tutulub.

Bu gün Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində və Kışla Şəhid və Məhbuslar Dərnəyində görüşlər keçirilmişdir, o cümlədən Təzə Xurmatu qəsəbəsində Şəhidlərin toplum məzarlığı ziyarət edilib.
Bu muzey Səddam Hüseyn repressiyasına məruz qalmış və İŞİD tərəfindən heç bir günahı olmayan qətlə yetirilmiş türkmanların toplum şəhidlik muzeyidir.
20 iyun 2009-cu il tarixində Təzə Xurmatu tarixinin ən qanlı günlərindən birini yaşamışdır. Peyğəmbər Əzəm (s) məscidi və hüseyniyyəsinin yaxınlığında partladılan minalanmış yük maşını nəticəsində təxminən 89 mülki şəxs şəhid olmuş, 200-dən çox insan – əsasən qadınlar, uşaqlar və yaşlılar – yaralanmış və bütün ərazi dağıdılıb.

Bundan əlavə, 2015-ci ildə Təzə nahiyəsi terror təşkilatı DEAŞ tərəfindən kimyəvi hücuma məruz qalıb. DEAŞ bölgəni kimyəvi maddələr ehtiva edən Katyuşa raketləri və minaatan mərmiləri ilə bombardman edib. Bu hücum, təşkilatın vəhşiliyinin və günahsız qadın, uşaq və dinc əhaliyə qarşı qəsdən yönəlmiş cinayətlərinin bariz nümunəsidir. Beynəlxalq miqyasda qadağan olunmuş silahların istifadəsi onların alnında qara ləkə olaraq qalır.
Bu şəhidlərin arasında universitetlərdə türk dilinin öyrənilməsi məsələsini qaldıran Hüseyn Dəmirçi də olmuşdur. Tələbələr onun müdafiəsinə qalxsalar da, o həbs edilib, işgəncələrlə şəhidliyə qovuşub.

İraq türkmənlərinin tanınmış şəhidlərindən biri şəhid Hüseyn Əli Musa “Tempəl Abbas” teatr sənətində parlaq istedada və tükənməz enerjiyə sahib idi və İraqdakı türkmən hərəkatının mədəni və siyasi yolunda böyük rol oynayıb.
Onun yaradıcı şəxsiyyəti türkmən xalqının mədəni və siyasi hüquqlarının müdafiəsində mühüm təsirə malik olub. O, müxtəlif sahələrdə aktiv idi və şəhid Abdullah Abdurrahman rəhbərliyindəki Türkmən İxvan Klubunun, Müəllimlər Sindikatının və Türkmən Tələbələr Birliyinin üzvü olaraq bütün fəaliyyətlərdə iştirak edib. Böyükdən kiçiyə bütün türkmən şəhərlərində ona dərin hörmət bəslənirdi və o, həqiqətən xalqın sənətkarına çevrilib.
2 noyabr 1971-ci ildə Baas rejiminin türkmənlərin mədəni hüquqlarını ləğv etməsinə etiraz olaraq türkmən tələbələrinin başladığı ümumi tətilə şəhid bütün gücü ilə qatıldı.
Tətilin ardınca Baas rejimi çox sayda fəalı, o cümlədən Müəllimlər Sindikatının bütün idarə heyətini həbs etdi. Hüseyn Əli Musa də bu həbslər arasında idi və 7 noyabr 1971-ci ildə ağır işgəncələr nəticəsində şəhid oldu.
Şəhidlik məzarında edamlarda istifadə olunan simvolik dar ağacı, övladlarına, ərlərinə yardım aparan, vəfat edən edən anaların geyimləri saxlanılan muzey - Analar muzeyi də ziyarət olunub.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Dekabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri