Icma.az
close
up
RU
Hərbi Prokuror kursantlarla görüşdü Fotolar

Hərbi Prokuror kursantlarla görüşdü Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Sentyabrın 26-da Anım Günü münasibətilə Hərbi Prokurorluqda Hərbi Prokurorluğun və Heydər Əliyev adına Hərbi İnstitutun rəhbərliyinin iştirakı ilə həmin təhsil müəssisəsinin kursantları ilə birlikdə tədbir keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dahi insanın parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Ardınca Hərbi Prokurorluğun nəzdində fəaliyyət göstərən “Soyqırım” memorial muzeyi ziyarət edilib.

Tədbirdən öncə mərasim iştirakçıları tarixi şəxsiyyət Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz və unudulmaz xatirələrini bir dəqiqəlik sükutla anıb, qazilərə şəfa diləyiblər.

Tədbirdə çıxış edən Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə polkovniki Bəhruz Əhmədov bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin müdrik siyasətini zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin dərin düşüncəsi və yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində dünyada baş verən neqativ proseslərə rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir.

Hərbi prokuror vurğulayıb ki, qazanılan ardıcıl uğurlara Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli və zəngin fəaliyyəti mühüm töhfələr verir.

Ölkəmizin sürətli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də rəvac verdiyini deyən Hərbi prokuror  bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığının ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb ki, bu da hərbi uğurlarımızı şərtləndirib və nəticədə düşmənin 2020-ci il sentyabrın 27-dən başlayaraq törətdikləri növbəti təxribatlarının qarşısının alınması, eləcə də antiterror əməliyyatları zamanı gedən döyüşlərdə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz gücünü, qüdrətini, hərbçilərimiz isə peşəkarlığını və yüksək döyüş hazırlığını əyani şəkildə sübut edib və zəfərlərimiz təmin olunub.

Çıxış edən digər şəxslər Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi qələbədən bəhs ediblər. Eyni zamanda, çıxışçılar hərbçilərə göstərilən diqqət və qayğıya görə Hərbi prokurora və Prokurorluğun  kollektivinə təşəkkür bildiriblər.

Sonda Hərbi prokuror Bəhruz Əhmədov təhsil göstəriciləri yüksək olan kursantlara hədiyyələr təqdim edib. Kursantlar isə minnətdarlıqlarını və görüşdən məmnunluqlarını ifadə ediblər






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri