Icma.az
close
up
RU
Hərbi Qənimətlər Parkı: Azərbaycanın suverenlik simfoniyası

Hərbi Qənimətlər Parkı: Azərbaycanın suverenlik simfoniyası

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Dörd il əvvəl Bakıda-Dənizkənarı Milli Parkda Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunan Hərbi Qənimətlər Parkı yaradıldı. Parkda Ermənistan Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən tank, “Qrad” qurğuları, top və digər müharibə texnikası burada yer alır. Prezident İlham Əliyevin “Qələbə” tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr Parkın ərazisindəki videozalda nümayiş etdirilir.

2021-ci ilin 12 aprelində yaradılan bu parkda ümumilikdə müharibə, döyüş meydanı təəssüratı yaradan mənzərələrlə hər addımda rastlaşır və hər addımda qürur duyur insan.

***

Bura həmişə küləklidir. Dənizdən əsən külək dünən müharibədə od püskürən, bugünsə yerindən tərpənməyə cəsarəti olmayan, indi sadəcə dəmir parçası ömrünü yaşayan hərbi qənimətlərin üzərinə hücum çəkərkən bu vıyıltıda 44 günlük payızın sazağını duyuram. Qarabağa-müharibəyə qayıdıram. Qulağıma savaş meydanındakı səslər gəlir, bu silah-sursat, texnikaların fonunda və hərdən küləyin üzümə vurduyu sillələrdə 44 günün 1-ni yaşayıram.

27 sentyabr-10 noyabr...44 gün

Bilmirəm, bu 44 günün hansındayam. Amma orada-Qarabağda müharibə meydanındayam. Suqovuşanda, Füzulidə, Xudafərindəyəm, Zəngilan, Qubadlı, Şuşadayam, Ağdam, Kəlbəcər, Laçındayam, bilmirəm, haradayam, amma döyüş meydanındayam. O payızın qonağıyam Qarabağda. Havada heç günəş yoxdur. Amma onun bir doğuşuna elə ehtiyac var ki... Hava həddindən artıq soyuqdur. Hər tərəf bomboz dağlar, dərələr, düzənliklər-otuz ilin həsrətliləridir. Onları seyr etdikcə sanki mənimlə danışırlar: günəş nədir arzulayırsan? Məgər bu ellərdə 30 ildir günəş doğur? Qovmuşuq onu buralardan. Biz özümüzü soyuğa, sazağa, qaranlığa vermişik. Vətəndən ayrı günəşmi doğar? Qovmuşuq günəşi, “get, biz anamızın qoynuna qayıdanda gəlib üzümüzə doğarsan, işığını hiss edərik, hərarətini duyarıq”,- demişik. Bax bu səbəbdən də burada nə günəşi axtar, nə doğmasını arzula...

Günəşdən əlimi üzür, ətrafı seyr edirəm. Sazaq ağaclardakı rəngini sarıya döndərməkdə olan yarpaqları ora-bura əsdirməkdən heydən salır. Yorğunluqları lap kənardanca hiss olunur. Yerdəki ot-alaf da eynilə ağaclardakı yarpaqların taleyini yaşayır. Küləyin əsarətindədir, onun hökmünə tabedirlər.

“Burada bahar görəsən necə olur”,- deyə düşünürəm. Sanki ətraf ürəyimdən keçənləri oxuyur, sazağını sillə edib üzümə çırpır və bahar nədir, bu yerlər 30 ildir baharı qovub buralardan: biz yaşıllı, allı-güllü baharı, yayı payıza, qışa qurban vermişik. Payızdan, qışdan solğun rənglər alıb bahara, yaya libas tikmişik. Onu da payız etmişik. Biz baharın bu yerlərə gəlişini Vətənə dönənə saxlamışıq. Əlimiz Vətənin əlinə çatanda o əllərlə soyunduracağıq payız rəngli libasını baharın. O əllərlə geyindirəcəyik əyninə alça, ərik çiçəyitək ağappaq donunu, salaçağıq başına şaftalının çəhrayı çiçəyi rəngdə kəlağayısını... yaşıl rəngi əllərimizlə don biçəcəyik bu dağlara, bu düzlərə, dərələrə... indi bizim rəngimizsə boz, qara, gördüyün bu sarı, bir də həsrət rəngidir...

Təbiətlə bu söhbətdən ətrafdakı qulaqbatırıcı səslər ayırır məni. Belə dəhşətli səsləri ilk dəfədir eşidirəm. Bu səslər hər dəfə yenilənəndə vücudumdan keçir, bütün bədənimi dolanıb sonra bayıra çıxır. Payızın sazağı ilə bu səslər elə bir harmoniya yaradıb ki...

Payız əsgərimin üzündə bahar

Burada payız müharibədən, müharibə payızdan rəng alıb. Rəngi kimi adamın bədənində qanını donduran soyuğu da eynidir: payızın sazağı, müharibənin soyuğu. Adamın iliyinə işləyir bu sazaq, soyuq. Bir hərarət, bir sızqa gün işığı axtarıram. Yoxdur o, sanki ərşə qalxıb. Bombardmanın dumanı bir anlıq çəkiləndə nəzərlərim əsgərimin üzündə dolaşır və səhərdən bəri axtardığımı tapıram. Torpaq, Vətən uğrunda sinəsini sipər edən əsgərimin üzündə elə bir sevgi var ki, burada bahara oxşar tək o sevgidir. Tək o çöhrələrdə günəş doğur. Tək o üzlərdə işıq var. Bu payızın sazağını da, bu müharibənin dəhşətli səsini də tək o sevgi susduracaq gücə malikdir: payızı bahar edəcək qədər, qaranlığa işıq saçacaq qədər, soyuğu ilıq bir hərarətə çevirəcək qədər...

Səngərdə səhəri axşam, axşamı səhər edir əsgərim. Gecənin qaranlığında od yağışının işığında leysan kimi ələndiyi görünən payız yağmurunda islanır, tərpənmir, elə yerindəcədə dayanır, bədəninin hərarəti ilə əynində quruyur paltarları. Bir an geri çəkilmir. Bu dəhşətli səslərin içərisində hərdən nəğmələr də eşidilir. Vətəndən, anadan, torpaqdan oxuyurlar:

Əzizim kətan yaxşı,

Geyməyə kətan yaxşı.

Gəzməyə qürbət ölkə,

Ölməyə Vətən yaxşı.

Qarabağ şikəstəsinin də səsi gəlir uzaq səngərlərdən:

Könlüm keçir Qarabağdan,

gah bu dağdan, gah o dağdan

axşamüstü qoy uzaqdan

havalansın xanın səsi

Qarabağın şikəstəsi...

Üzü, qulaqları, əlləri qıpqırmızıdır əsgərimin, sazaq yandırıb, qızardıb. Bu qırmızı rəng nərə çəkən igidimin düşmən üzərinə hücumunun da rəngidir. Nərə səsinin rəngidir. Qarış-qarış qələbənin rəngidir. Azad olunan kəndlərdə dalğalanan bayrağımızın rəngidir. Bu rəng payızda bahar rəngidir... Qarabağın payızını bahar edən rəngdir. Vətən, torpaq uğrunda canından keçənlərin torpağı lalələşdirən rəngidir. Bu qan həm də payızda torpağın aclığını doyuran sudur, su rəngidir...

Payız Qarabağ müharibəsinin zaman, məkan, fəsil anlamıdır əbədiyyən. Haqqı unudulmazımızdır. Payız anasıdır bahar üzlü əsgərimin. Yarpağı yastığı, yorğanı, sinəsi ana qoynudur. Budur, şəhidim var, payız ana qoynuna alıb onu, gözlərindən yaş ələyir üstünə. Laylay deyir: bu laylayda həm balasını oxşayır, həm elini. “Sənə qıyan əllər qurusun”la, “Gəlməsəydiniz bu yurdun düşməndə bağrı qan olardı” cümlələri tez-tez bir-birini əvəz edir Payız ananın dilində. O, balasını ağlayır, bir gözündə ələm, birində qürur. Birində əbədi kədər, birində əbədi torpaq vüsalı. Hicranı didib dağıdan o vüsal. Şəhidimin qanı rəngindəki vüsal. Əsgərimin gözünü yumduğu qara rənglə ruhunun pərvazlandığı ağ və mavi rənglər arasındakı qəhrəmanlığın, ölməzliyin bəxşişi vüsal... Qarabağın qara bəxtindəki ağ rəngli vüsal...

Od puskürən silahlar

Yenə də bilmirəm, torpaqlarımızın hansındayam. Amma 44 günlük müharibənin bir günündə oradayam. Müharibə meydanında dəhşətli səslər var. Bu səslər od püskürən, ömürləri yarımçıq qoyan zireh, artilleriya, qoşqu və silah-sursatlardan çıxır. 30 ilin əvvəlində-Birinci Vətən Müharibəsində torpaqlarımızın işğalına fərman verənlərin istəkləri naminə düşməni təchizatlandırdıqları silahların on, iyirmi qat artığıdır bu silahlar. Dayanmadan-durmadan od püskürürlər. O avtomobillər 30 ildə torpaqlarımızda düşmən istehkamlarının yaradılmasına, səngərlərin qazılmasına, minaların basdırılmasına xidmət edib. Bizim torpaqlarımızda bizlərə təhlükə yaratmaq üçün istifadə edilib.

Bu silahların burnunda soydaşlarımız Qarabağdan-öz doğma ata-baba yurdlarından didərgin salınıb. Gecənin yarısında bu silahların dəhşətli səsi vahimə ilə girib evlərə. Ömürləri yarımçıq qoyub, körpələri qanbağır edib, onların məsum dünyasına zərbələr endirib. Bu silahlar 30 ildir, yurd təşnəsi çəkib ürəklərə. Səpələyib minlərlə insanı ölkəmizin bölgələrinə. Adlarını köçkün, qaçqın qoyub bu silahlar onların. 30 ildə yalnız yuxularda doğma həyətlərinə qədəm qoyub şuşalılar, laçınlılar, kəlbəcərlilər, ağdamlılar... bu silahlarla zorla evindən çıxarılanlar 30 ildə bayramlarda ağlayıblar, əzizlərinin qəbirlərini ziyarət edə bilməyiblər.

Susdurur əsgərim o silahları. Bir-bir susdurur. Kənbəkənd, şəhərbəşəhər susdurur. Çevirir od püskürən ağzını düşmənə tərəf, “artıq 90-cı illər deyil”,- deyir. Bir addım da irəliyə gələ bilməzsiniz. Qarşınızda güclü Azərbaycan ordusu var. Bu ordunu üstələyə nə casarətiniz, nə də gücünüz çatar. Çıxın bu torpaqlardan, sizin olmayan, tamahınız olan torpaqlardan...

Düşmən silahını, texnikasını qoyub qaçır. Canını əsgərimdən qorumaq üçün qaçır. Çünki qarşısında vətənpərvərlik ruhu iliyinə işləmiş Azərbaycan gənci var. Bu qüdrətli ölkənin sərkərdəsi var. Həmrəy insanları, bir əmrlə hər biri Qarabağa yollanacaq insanları var. Bir də Qələbəyə, Zəfərə gedən yolda qısa bir yolçuluq var.

Silahların, zirehlərin, texnikaların səsi qulaqlarımda çığnayır. Küləyin səsi də bu səslərə yoldaşlıq edəndə bir anlıq düşüncələrdən ayrılır, müharibədən Hərbi Qənimətlər Parkına qayıdıram...

Təkərlərdə quruyan palçıqdan Qarabağın ətri gəlir

Qarşımda Zəfər var, onu seyr edirəm, qələbənin o heyrətamiz dadını yenidən dadıram. Ətrafım göz baxdıqca uzanan ərazidə hərbi qənimətlərlə doludur. Od püskürən silahlar necə də susub. Onların gücü əllərindən alınıb, cəsarətsizləşiblər. Sadəcə dəmir parçalarına çevriliblər. Beş il öncə üstümüzə hücumla gələn, yüzlərlə igidimizin ömrünü, arzularını yarımçıq qoyan silahlar... Yüzlərlə igidimizin sağlamlığını əlindən alan silahlar. Yüzlərlə ananın göz yaşı, atanın əyilmiş qəddi olan silahlar... Yüzlərlə balanın atasızlığına səbəb, yüzlərlə qadının sevdiyini əlindən alan silahlar... Müharibədən sonra onlarla dünyaya gələn uşağın ata üzünü görməsini əngəlləyən silahlar... Neçə-neçə nişanlı qızın hicran dağı silahlar... Necə də susublar. Sanki bütün bunları edən onlar deyilmiş. Gəncədə, Bərdədə, Ağdamda günahsız insanların qətlinə hökm verən deyilmişlər. İnsanların qurulu evlərini dağıdan deyilmişlər. Həyət-bacalarında işlədikləri yerdəcə ömürlərini tamamlayan deyilmişlər...

Düşmən silahlar... Yağıların əlləri dəyən, nəfəsləri içərisinə dolan murdar silahlar. Yeni torpaqların işğalı üçün düşmən əmrini yerinə yetirən silahlar... Baxdıqca Zəfərimiz üçün qürur duyduğum, itkilərimiz üçün susqunluqlarından belə qisas almaq istədiyim silahlar, texnikalar, avtomobillər...

Bütün bu düşüncələrin fonunda gözlərim tankların, avtomobillərin, qoşquların təkərlərinə sataşır. Qurumuş palçıqlar düşüncəmə hakim kəsilir. Bu texnikalar düşmənindir, ancaq o palçıq bizimdir. Bizim torpaqların 44 gündə payız yağışları ilə islanıb palçıqlaşan parçasıdır. Əlimi atıb o palçıqdan bir parça qoparıb, əlimdə ovxalayıram, burnuma tərəf yaxınlaşdırıram. İlahi, bu palçıq qurusu Suqovuşan, Füzuli, Xudafərin, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın... qoxur. Nə qədər doğma ətir saçır. Bu munis duyğu bir az öncə parçalamaq istədiyim texnikaların əslində günahının olmadığını anladır mənə: onlar cansızdır, kimlərinsə iradəsi ilə hərəkət etdirilən əşyalardır. Nə yazıq ki, bəxtlərinə erməni kimi murdar məxluqlara məxsusluq yazılıb. Nə xoşbəxtdirlər ki, erməni məhbusluğundan çıxıb belə bir gözəl ölkəyə gətirilmək kimi alın yazına malik olublar. Nə bəxtəvərdirlər ki, üzərlərində biz millətin bir ovucu üçün canını verməyə hazır olduğu torpaq var.

***

Qürur parkı-Hərbi Qənimətlər Parkı. 30 il torpaq həsrəti ilə yaşayan soydaşlarımızın, bir qarış torpağını düşmən tapdağı altında qoymayan azərbaycanlıların iftixar parkı.

Tarixin fəxarət səhifəsi, 300 ilədək zaman kəsiyindən sonra bütövləşmiş Azərbaycanın suverenlik simfoniyası -Hərbi Qənimətlər Parkı.

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Aprel 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see126

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see125

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see124

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see123

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see122

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see122

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see119

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see117

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see115

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see114

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see114

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see110

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see110

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see110

İran AES lərin istifadəyə verilməsi prosesini sürətləndirəcək Vitse prezident

12 Aprel 2025 20:52see110

İtkin düşən azyaşlı tapıldı FOTO

12 Aprel 2025 23:13see110

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see110

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see110

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri