Icma.az
close
up
RU
Hərbi təcavüzdən xilas olmağın Azərbaycan nümunəsi

Hərbi təcavüzdən xilas olmağın Azərbaycan nümunəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Prezident İlham Əliyevin diplomatik və sərkərdəlik məharəti Qarabağın 30 illik işğalını tarixə qovuşdurdu

Cənubi Qafqaz post-münaqişə dövründə köklü keyfiyyət dəyişikliklərinə məruz qalaraq regional təhlükəsizlik sisteminin tamamilə yenidən qurulması mərhələsinə qədəm qoyub. Bu transformasiyanın konseptual oxunu Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü və hərbi-siyasi güclə diplomatik təsir mexanizmlərini sintezinin formalaşdırdığı dövlət strategiyası təşkil edir.

Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan hərbi zəfər yalnız status-kvonun ləğvi ilə kifayətlənmədi, beynəlxalq hüququn normalarına tam uyğun olaraq regionda güc balansını Bakının lehinə dəyişdirdi. Ələlxüsus, bunun məntiqi davamı olaraq, İlham Əliyev regional münaqişələrin həlli nəzəriyyəsində nadir görünən uğura imza ataraq, cəbhədəki mütləq üstünlüyü diplomatik masada institusional sülhə çevirdi. Ölkəmizin başçısı məğlub tərəfə sülhün şərtlərini diqtə edən ədalətli aktor kimi dünyaya yeni sülh modeli nümunəsini göstərdi.

Azərbaycan lideri 6 il əvvəl dünyaya sübut etdi ki, siyasi ədalət termininin kökünə balta çalmış Ermənistan keçmiş rəhbərlərinin illər ərzində ölkələrini “sülhsevər” kimi təqdim etmək cəhdləri əsaslandırılmamış illüziyadan başqa bir şey deyil. İrəvanın 2020-ci ilə qədər Qarabağ münaqişəsi ətrafında atdığı addımlar sülhü deyil, işğalı leqallaşdırma cəhdlərindən başqa bir şey olmayıb.

İkinci Qarabağ müharibəsinin gedişində münaqişə zonasından yüzlərlə kilometr kənarda yerləşən Gəncə, Bərdə və Tərtər kimi mülki şəhərlərin ballistik raketlərlə hədəfə alınması beynəlxalq hüququn və BMT konvensiyalarının kobud şəkildə pozulmasının bariz nümunəsi idi. 2020-ci il kapitulasiyasından sonra belə, Ermənistanın daxilindəki revanşist qüvvələr dinc birgəyaşayış konsepsiyasına mane olmaqda davam edirdilər. Yalnız 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Bakının güc diplomatiyasının “dəmir yumruğ”u hayların rüsvayçı və zərərli “ideologiyasının” tabutuna mismarları vurdu. Və bundan sonra Nikol Paşinyan hökumətinin yaranmış reallıqları qəbul etməkdən savayı yolu qalmadı. Məhz Azərbaycan Ordusunun cərrahi dəqiqliklə həyata keçirdiyi əməliyyat, hərbi-strateji gediş İrəvandakı siyasi rəhbərliyi regional reallıqların qəbuluna vadar etdi.

***

Bu gün regionda bərqərar olan sülh arxitekturasının normativ-hüquqi çərçivəsini məhz Azərbaycanın müəllifi olduğu 5 fundamental prinsip təşkil edir. Beynəlxalq hüququn prinsiplərinə söykənən bu siyasi-hüquqi baza – suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarından hüquqi imtina, sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin deblokadası – Cənubi Qafqazda strateji sabitliyin təməl sütunlarıdır. Ermənistanın qeyri-səlis müqavimət göstərmək və üçüncü tərəflərin vasitəçilik monopoliyasından istifadə edərək vaxt qazanmaq cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyevin sərt, ardıcıl və kompromissiz diplomatik manevrləri İrəvana Bakının şərtləri daxilində sülh mətnini qəbul etdirdi. Bu kontekstdə Azərbaycan günümüzdə təkcə qalib dövlət deyil, həm də Cənubi Qafqazın yeni normativ nizamının yeganə arxitektorudur.

Müasir siyasi tarixin müqayisəli analizi Prezident İlham Əliyevin əldə etdiyi diplomatik nəticənin miqyasını daha bariz şəkildə üzə çıxarır. Təxminən 80 il əvvələ istinad etsək, görərik ki, İkinci Dünya müharibəsi 1945-ci ildə hərbi müstəvidə yekunlaşsa da, Qərbi Avropanın iki güclü dövləti – Fransa və Almaniya arasında tarixi barışıq və institusional sülh çərçivəsini müəyyən edən Yelisey müqaviləsi yalnız 18 il sonra – 1963-cü ildə imzalanmışdır. Ali Baş Komandan İlham Əliyev isə 2023-cü ildə reallaşdırdığı 23 saatlıq antiterror əməliyyatı ilə suverenliyin mütləq bərpasından cəmi iki illik qısa tarixi mərhələdə Ermənistanı sülh masasında yekun razılığa gətirməyə müvəffəq oldu. Sülh müqaviləsinin ABŞ-ın vasitəçiliyi ilə 2025-ci il avqustun 8-də paraflanması vaxtilə hərbi güclə azad edilmiş suveren hüquqların beynəlxalq müstəvidə tam və dönməz şəkildə təsbit olunması deməkdir.

İrəvanın öz əsas qanunundan və dövlət aktlarından Azərbaycana qarşı ərazi iddialarını ihtiva edən bəndləri çıxarmağa razı olması, konstitusiya islahatına başlaması Bakının çəkindirmə siyasətinin birbaşa nəticəsidir. Prezident İlham Əliyev hərbi zəfəri diplomatik paritetlərlə tamamlayaraq, Cənubi Qafqazda onilliklər boyu davam edən geostrateji qeyri-müəyyənliyə son qoydu, regionu daxili münaqişələr zonasından qlobal nəqliyyat və enerji habına çevirən yeni geoiqtisadi erasını başlatdı.

Tacir SADIQOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Avqust 2026 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri