Icma.az
close
up
RU
Hərbi təyyarə istehsalı gərginliyə səbəb olub

Hərbi təyyarə istehsalı gərginliyə səbəb olub

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Rusiya Hindistanda “Su-57” qırıcılarının istehsalı üçün zəruri olan investisiyaların ayrılması imkanlarını öyrənir.
Reyting.az
xəbər verir ki, bu barədə “Ani” nəşri yazıb.
Məlumata görə, Hindistanın beşinci nəsil təyyarələrdən ən azı iki-üç eskadrilyaya ehtiyacı var. Rusiyanın “Su-57” və Amerikanın “F-35” təyyarələri əsas iddiaçılar sırasındadır.
Buna görə də, Moskva öz platformasını təqdim etməyə çalışaraq, Hindistanda istehsal müəssisələrinin ən yaxşı şəkildə necə yaradılacağını öyrənmək üçün araşdırma aparıb.
Rəsmilərin dediyinə görə, artıq lisenziya əsasında “Su-30MKI” istehsal edən Naşikdəki “Hindustan Aeronautics Limited” kompleksi lazım gələrsə, “Su-57” istehsalı üçün yenidən təyin oluna bilər.
Xərcləri azaltmaq və müddəti sürətləndirmək üçün Rusiya istehsalı olan avadanlıqların istehsal olunduğu digər istehsal mərkəzlərinin də cəlb oluna biləcəyi istisna edilmir.
Maraqlıdır ki, bu xəbər Hindistan və ABŞ arasında tariflər və ABŞ administrasiyasının sərt ritorikasına görə münasibətlərin kəskinləşməsinə baxmayaraq, Moskva və Yeni Dehlinin müdafiə məsləhətləşmələrini genişləndirməsi fonunda ortaya çıxıb.
Qeyd olunur ki, Rusiya rəsmiləri dəfələrlə Hindistana “Su-57” almağı təklif ediblər. “S-400 və S-500” kimi yüksək texnologiyalı hava hücumundan müdafiə sistemləri də müzakirə edilib.
Nəşr yazır ki, Hindistan on ildən çox əvvəl Rusiyanın beşinci nəsil qırıcı layihəsində iştirak edib, lakin fikir ayrılıqlarına görə ondan imtina etməli olub. Bununla belə, əməkdaşlığın bərpası indi “qlobal vəziyyəti nəzərə alaraq” baş verə bilər.
Əlavə edilir ki, ABŞ Yeni Dehlinin öz beşinci nəsil qırıcı proqramını inkişaf etdirmək cəhdlərinə baxmayaraq, “F-35”lərin Hindistanın arsenalına daxil edilməsində israrlıdır.

ELÇİN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://reyting.az
archiveBu xəbər 02 Sentyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see328

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see278

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see234

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see228

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see226

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see224

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see223

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see221

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see220

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see217

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see209

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see204

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see199

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see197

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see189

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see186

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see184

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see183

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see168

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri