Hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarəti gücləndirilir
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarəti gücləndirilir.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırkı qanunvericilikdə müvafiq qurumun hərbi qulluqçuları tərəfindən törədilmiş hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə, səlahiyyətli şəxs hərbi prokurora yazılı məlumat verməklə kifayətlənir. Təklif olunan qanun layihəsi isə müvafiq qərarların (qərardadların), protokolların surətlərinin hərbi prokurora göndərilməsini təsbit etməklə bərabər, prokurorun həmin sənədlər üzrə müvafiq hərəkətlər etmək və qərar qəbul etmək səlahiyyətlərini də nəzərdə tutur.
Hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokurorun qərar qəbul etmək səlahiyyəti müəyyənləşdiyindən, həmin işlərə baxılmasında prokurorun iştirakını təmin edən İnzibati Xətalar Məcəlləsinin 54.6-cı maddəsinə müvafiq müddəanın əlavə edilməsi təklif edilir.
Qanun layihəsi, həmçinin hərbi qulluqçuların xidməti vəzifələrinin xüsusiyyətini nəzərə alaraq, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə dərhal və ya 48 saat müddətində deyil, 15 gün müddətində baxılmasını təklif edir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 03 Noyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















