Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Hərbi xidmət mülki həyat deyil” Çağırışçılara XƏBƏRDARLIQ KONKRET

“Hərbi xidmət mülki həyat deyil” Çağırışçılara XƏBƏRDARLIQ KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Hərbi komissarlıqlarda çağırış zamanı yaranan narazılıqların əsas səbəbləri sırasında sənəd işi, tibbi müayinələr, ünsiyyət problemləri və gənclərin hərbi rejimə uyğunlaşmaqda çətinlik çəkməsi dayanır”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov səsləndirib.

“Çağırış prosesi zamanı müəyyən narazılıqların yaranması həm cəmiyyət, həm də gənclərlə bağlı amillərdən qaynaqlanır. Müasir dövrdə gənclər daha rahat həyata öyrəşdikləri üçün hərbi xidmətin qaydalarına uyğunlaşmaqda çətinlik çəkirlər. Gənclər bəzi məsələləri həddindən artıq problem kimi qəbul edir və narazılıqlarını ifadə edirlər. Halbuki illər əvvəl onların valideynləri və doğmaları təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-nin müxtəlif respublikalarında və daha sərt şəraitdə xidmət keçiblər”.

Üzeyir Cəfərov hesab edir ki, burada valideynlərin də müəyyən məsuliyyəti var.

“Ailələr övladlarını həddindən artıq əzizlədiyi üçün gənclər ən kiçik çətinlik zamanı problemin həllini valideynlərdə görürlər. Valideynlər övladlarını çətinliklərə hazırlamalıdır. Müəyyən problemlə üzləşən kimi narazılıq etmək düzgün yanaşma deyil. Sağlamlıq problemləri də çağırış zamanı ortaya çıxan əsas məsələlərdən biridir. Əvvəlki illərlə müqayisədə gənclər fiziki hazırlığa daha az diqqət ayırırlar.

Əvvəllər uşaqlar müxtəlif idman seksiyalarına gedir, fiziki hazırlıq keçirdilər. İndi isə telefon və internet dövründə daha çox oturaq həyat tərzi sürürlər. Bu da tibbi müayinələr zamanı sağlamlıq problemlərinin üzə çıxmasına səbəb olur”.

Ekspert ünsiyyət probleminin də ciddi rol oynadığını vurğulayıb.

“Əvvəlki illərlə müqayisədə insanlar daha çox özlərinə qapanıblar və kollektiv mühitə uyğunlaşmaqda çətinlik çəkirlər. Burada təkcə gəncləri günahlandırmaq olmaz. Məktəblərin, cəmiyyətin və dövlət qurumlarının da üzərinə müəyyən vəzifələr düşür. Bu məsələyə kompleks yanaşmaq lazımdır”.

Üzeyir Cəfərov qeyd edib ki, gənclərin hərbi xidmətə həm fiziki, həm də psixoloji baxımdan hazırlanması vacibdir. Onun sözlərinə görə, bu hazırlıq məktəb illərindən başlamalıdır:

“Hərbi xidmət mülki həyat deyil. Orada telefon istifadəsi məhduddur, istənilən vaxt yatıb-durmaq mümkün deyil. Müəyyən qaydalar və rejim var. Gənclər bu rejimə əvvəlcədən hazırlaşdırılmalıdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Oktyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see432

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see358

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see346

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see345

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see324

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see321

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see316

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see272

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see256

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see251

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see241

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see235

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see230

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see223

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see219

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see217

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see205

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see194

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri