Icma.az
close
up
RU
Hərbi xidmətə çağırılan işçilərə ödənilən müavinət artırılır

Hərbi xidmətə çağırılan işçilərə ödənilən müavinət artırılır

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əmək Məcəlləsində işçinin əmək müqaviləsinin tərəflərin iradəsindən asılı olmayan səbəblərlə ləğv edilməsi halları müəyyən edilib.

Bu hallardan biri də işçinin hərbi xidmətə çağırılması ilə bağlıdır. Əmək müqaviləsinə hərbi xidmətə çağırılma səbəbindən xitam verilməsi vəziyyətində işçiyə müəyyən işdənçıxarma müavinətləri ödənilir. Hazırda qüvvədə olan Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə görə, bu müavinətin məbləği orta aylıq əməkhaqqının iki misli kimi müəyyən edilib. Milli Məclisdə müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyilikliklər layihəsində isə həmin müavinət məbləğinin orta aylıq əməkhaqqının üç mislinə qədər artırılması nəzərdə tutulur.

Modern.az xəbər verir ki, yeniliyi şərh edən əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bildirib ki, bu dəyişiklik hərbi xidmətə çağırılan şəxslərin həyat şəraitini yaxşılaşdırmağı və onların sosial müdafiəsini daha da gücləndirməyi hədəfləyir: “Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən, əmək müqaviləsinə hərbi xidmətə çağırılma hallarında xitam verilə bilər. Hərbi xidmətə çağırılma dövlətin və cəmiyyətin müdafiəsi üçün vacib bir məsələdir və buna görə də hərbi xidmətə çağırılan işçilərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə xüsusi işdənçıxarma müavinətləri ödənilir. Bu halda əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən xitam verilir. Hazırda qüvvədə olan qanunvericiliyə görə, işəgötürən işçini işdən çıxardığı zaman ona orta aylıq əməkhaqqının 2 misli miqdarında müavinət ödəyir”.

Ekspert hərbi xidmətə çağırılma əsasında işdən çıxarılma hallarında işçiyə veriləcək müavinətin artırılmasını, əmək qanunvericiliyindəki sosial bərabərliyin gücləndirilməsi baxımından mühüm bir addım kimi qiymətləndirib: “Bu dəyişiklik işçilərin hərbi xidmətə çağırılma səbəbi ilə həyatlarında yaranan maddi çətinlikləri daha da asanlaşdıracaq və onlara daha geniş bir maliyyə dəstəyi verəcək. Əmək müqaviləsinə xitam verilməsinin sosial müdafiə aspektləri qanunvericilikdə edilən bu cür dəyişikliklərlə daha da yaxşılaşdırılacaq”.

N.Xəlilov hesab edir ki, Əmək Məcəlləsinə təklif olunan bu dəyişiklik həm də işəgötürənlər üçün bir məsuliyyət yaradır. Onlar hərbi xidmətə çağırılan işçilərin əmək müqaviləsinə xitam verilməsi zamanı həmin şəxsləri müvafiq müavinətlə təmin etməklə qanuni öhdəliklərinə əməl etməli və işçilərinin hüquqlarını qorumalıdırlar: “Həmçinin, Əmək Məcəlləsinin 77-ci maddəsinin 9-cu hissəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər. Məsələn, bir işçi hərbi xidmətə çağırılıb və xidmət müddəti bitdikdən sonra işə qayıtmaq istəyir. Əgər işçi xidmət müddətini tamamladıqdan sonra 60 təqvim günü ərzində əvvəlki iş yerinə müraciət etməyi unutmuşsa, o zaman bu hüquq itirilir. Lakin 60 gün ərzində işə qayıtmaq istəyən işçi əvvəlki vəzifəsini və ya ona bərabər bir vəzifəni tələb edə bilər”.

Bu müddət ərzində işəgötürənin işçini əvvəlki vəzifəsində və ya bənzər bir vəzifəyə qəbul etmək məcburiyyətində olduğunu deyən N.Xəlilov işçi hərbi xidmətdə olduğu müddət ərzində iş yeri saxlanıldığından, onun mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisəyə geri qayıtmaq hüququnun olduğunu vurğulayıb. Lakin bu hüquq müəssisənin ləğv edilməsi halında istisna olunur. Yəni işəgötürən müəssisəni ləğv edərsə, işçi hərbi xidmətdən qayıtsa da, artıq əvvəlki vəzifəsinə qayıtmaq imkanı qazanmır, çünki müəssisə artıq mövcud deyil. (Mənbə Vergiler)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Dekabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri