Icma.az
close
up
RU
Hərbi xidmətə gedənlərin kredit borcu dondurula bilər…

Hərbi xidmətə gedənlərin kredit borcu dondurula bilər…

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda hərbi xidmətə çağırılan vətəndaşların kredit öhdəlikləri uzun illərdir müzakirə mövzusudur. Xüsusilə, xidmət dövründə gəlir əldə etməyən çağırışçıların bank borclarının necə tənzimlənməsi cəmiyyətdə suallar doğurur. Son dövrlər bu sahədə avtomatik kredit möhləti mexanizminin tətbiq olunub-olunmaması gündəmə gəlib.

Mövcud qanunvericilik hərbi xidmətə gedən şəxslər üçün hansı imkanları yaradır və praktikada bu mexanizm necə işləyir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hazırda hərbi xidmətə çağırılan vətəndaşların kredit borcları xidmət müddətində dondurula bilər və bu proses “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunla tənzimlənir.

“Çağırışçı hərbi xidmətə gedən dövrdə işləmədiyi və gəlir əldə etmədiyi üçün kredit ödənişlərini həyata keçirmək imkanından məhrum olur. Bu səbəbdən də vətəndaş səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətindən aldığı arayışı müvafiq banka və ya bank olmayan kredit təşkilatına (BOKT) təqdim edir. Arayış əsasında kredit ödənişləri 1 il və ya 1 il yarım müddətinə təxirə salına bilər”.

Üzeyir Cəfərov qeyd edib ki, bu mexanizm hazırda kütləvi və avtomatik xarakter daşımır və hər bir müraciətə banklar tərəfindən fərdi qaydada baxılır.

“Hərbi xidmət müddətində kredit borcu dondurulur, vətəndaş xidmətdən qayıtdıqdan sonra isə bank ona ödənişlərin bərpa olunması ilə bağlı bildiriş göndərir və kredit ödənişləri davam etdirilir”.
Məsələ ilə bağlı hüquqşünasların mövqeyinə də toxunan ekspert bildirib ki, bank hesablarının dondurulması əsasən qarşılıqlı razılıq əsasında həyata keçirilir.

“Əgər bank kreditin dondurulmasına razılıq verməzsə, vətəndaş və ya onun qanuni nümayəndəsi məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə vətəndaşın hərbi xidmətdə olması, gəlir imkanlarının olmaması kimi halları nəzərə alır və qərar çıxarır”.

Ekspert vurğulayıb ki, bütün bu məsələlər qanunvericilikdə öz əksini tapıb və məhkəmə təcrübəsində də bu yanaşma qəbul olunur.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Fevral 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri