Icma.az
close
up
RU
Hərbi xidmətlə bağlı 35 yaş həddi özünü doğrultmadı EKSPERT

Hərbi xidmətlə bağlı 35 yaş həddi özünü doğrultmadı EKSPERT

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

"Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə dəyişiklik təklif olunub. Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi 35-dən 30-a endirilir.

Mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekspert Şair Ramaldanov bildirib ki, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə dəyişikliyinə ediləcək təkliflərə tez-tez rast gəlinib:
 

“Burada əhalinin rəyi, ümumi vəziyyəti və məsələyə kompleks şəkildə baxılması ilə bağlı hazırlıqlar gedir. Bu, bir neçə istiqamət üzrədir. Alternativ hərbi xidmət, həqiqi hərbi xidmətə çağırış yaşı, hərbi xidmətin yuxarı yaşı həddinin 30-a endirilməsi buraya daxildir. Təkliflər elə-belə ortaya çıxmır. Azərbaycanın müvafiq qurumları bununla bağlı beynəlxalq təcrübəni öyrənirlər. Məsələyə Azərbaycanın müdafiə və təhlükəsizliyi prizmasından da baxılır. Digər tərəfdən, əhalinin özünün prosedurlara rəyi öyrənilir. Qanunlarımıza Azərbaycan cəmiyyətinə daha uyğun olacaq şəkildə dəyişikliklər edilməsi ilə bağlı həmişə işlər aparılıb. Bu sahə də çox vacib və insanları narahat edən sahədir. Burada gənclərin həqiqi hərbi xidmətə çağırılması ilə bağlı suallar və məhdudiyyətlər çoxdur. Düşünürəm ki, bu məsələlərlə bağlı da Milli Məclisə təkliflər olacaq".

Ekspert hərbi xidmətə çağırışın yuxarı yaş həddinin endirilməsini müsbət qarşılayıb:

"30 yaşdan yuxarı fiziki və psixoloji cəhətdən hərbi xidmət keçmə çətinlik yarada bilər. Digər tərəfdən, bu yaşlarda çox insanlar ailə qururlar, bu zaman gələcək həyatın planlaşdırılmasında müəyyən çətinliklər çəkirlər. Vətəndaş 30 yaşa qədər hərbi xidmətə çağırmayıbsa, deməli müəyyən əsaslar var. Bu, çox zaman sağlamlıqla bağlı olur. Vətəndaşlar 3 ildən sonra hərbi xidmətə yararlılığın yoxlanılması ilə bağlı komissiyadan keçirlər. Əgər 30 yaşa qədər komissiya 4 dəfə şəxsin hərbi xidmətə yararsız olduğunu təsdiqləyirsə, 5-ci dəfə də təsdiqləyəcək. Ona görə də düşünürəm ki, cavanlarımızın gələcək həyatını daha da inamlı və rahat şəkildə planlaşdırması üçün bu vacib addımdır".

Ş.Ramaldanov qeyd edib ki, hərbi xidmətə çağırışda tətbiq edilən 35 yaş həddi özünü doğrultmadı:

"Çağırışçılar arasında 35 yaşa qədər hərbi xidmət keçməyənlər çox azdır. Düşünürəm ki, insanın həyatını planlaşdırması zamanı hərbi xidmətlə bağlı məhdudiyyətlərə və hərbi xidmətdən azad edilmə qərarına mütəmadi olaraq yenidən qayıtması psixoloji cəhətdən gənclərə mənfi təsir edir. Əgər şəxs hansısa səbəbdən hərbi xidmətə çağrılmayıbsa, ailə qurmaqda da çətinlik çəkir. Ehtimal var ki, şəxsin növbəti komissiyasından başqa rəy çıxa bilər. Ona görə də ehtimallarla ailə həyatı qurmaq çox çətindir. 30 yaşa qədər çoxları ailə qurur. Ona görə də hərbi xidmət yaşının azaldılması müdafiəmizə mənfi təsir göstərmir, çünki hansısa müharibənin aktiv fazasına keçidlə bağlı addımlar olarsa, bu zaman səfərbərlik qərarı imzalanır və burada yaş həddi müəyyənləşdirilir.
Yeni dəyişikliyin çox düzgün olduğunu düşünürəm. Əgər bu təklif qanunvericiliyə uyğundursa, onun məntiqi əsas və yanaşmaları var".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Dekabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri