Icma.az
close
up
RU
HƏRBİ YARDIM QARŞILIĞINDA 7 TRİLYONLUQ METAL? “Tramp Ukrayna ilə sövdələşib, onu inandırıblar...”

HƏRBİ YARDIM QARŞILIĞINDA 7 TRİLYONLUQ METAL? “Tramp Ukrayna ilə sövdələşib, onu inandırıblar...”

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Kiyevin Rusiya təcavüzünə qarşı mübarizəsinə dəstəyinin qarşılığında Ukraynadan nadir torpaq mineralları almaq istədiyini bildirib.

“Biz Ukrayna ilə belə bir sövdələşmə əldə etmək istəyirik: onlar bizim verdiyimiz yardımları alır, biz isə əvəzində nadir torpaq elementləri və digər məhsullarla bağlı təminat alırıq. Onların gözəl nadir metalları var. Mən bu sahədə təhlükəsizliyi təmin etmək istəyirəm”, - deyə Tramp jurnalistlərə bildirib.

Prezident Ukraynanın bu sözdələşməyə hazır olduğunu deyib və əlavə edib ki, o, Kiyevin Vaşinqtondan aldığı az qala 300 milyard dollar dəstəyi bununla əvəzləşdirmək istəyir.

Nadir torpaq metalları elektrik nəqliyyat vasitələri, cib telefonları və digər elektronika üçün enerjini hərəkətə çevirən maqnit hazırlamaq üçün istifadə edilən 17 metaldan ibarət qrupdur.

ABŞ Geoloji Tədqiqat Xidməti nikel və litiumu ölkə iqtisadiyyatı və milli müdafiə üçün vacib olan 50 mineraldan biri hesab edir.

Ukraynanın yeraltı sərvətində böyük uran, litium və titan yataqları var, baxmayaraq ki, onların heç biri həcminə görə dünyanın beş ən böyük yataqlarından biri hesab edilmir və Birləşmiş Ştatlar bu və digər kritik mineralların öz istifadə olunmamış ehtiyatlarına malikdir.

Birləşmiş Ştatlarda yalnız bir nadir torpaq mədəni olsa da, çox az emal gücü var. Çin isə nadir torpaq metalları və bir çox digər kritik minerallar üzrə dünyanın ən böyük istehsalçısıdır.

Nadir torpaq metal yataqlarının birgə işlənməsi Kiyevin keçən payızda Trampa təklif etdiyi planın bir hissəsi idi. Xüsusilə, litium və titan yataqlarının birgə işlənməsi imkanları müzakirə olunub. Eyni zamanda planın bu məqamının Trampı maraqlandırdığı da bildirilib. Təxminən eyni vaxtda Zelenskinin əleyhdarları Kiyevin ölkənin təbii sərvətlərini “satmağa” hazır olması barədə tənqidi fikirlər səsləndiriblər.

Siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, Trampı Ukraynada qiymətli nadir torpaq elementlərinin olduğuna və həmin metalların əvəzində bu ölkəyə yardımları davam etdirməyin mümkünlüyünə inandırıblar: “Əslində bu məsələ Ukraynanı aktiv dəstəkləyən respublikaçı Konqres üzvlərinin məsləhəti ilə hələ ABŞ-dəki seçki kampaniyası dövründə Zelenski tərəfindən gündəmə gətirilib. İki ölkə arasında bu sahədə əməkdaşlığa dair müqavilə mətni də hazırlanıb və Ukrayna rəhbərliyi bu sənədi seçkidən sonra yeni administrasiya ilə imzalamağa qərar verib. Ukraynanın dostu olan respublikaçı senator Lindsi Qrem “Fox TV” və digər respublikaçı platformalarda çıxışlarında Kiyevə yardımları davam etdirməkdə ABŞ-nin marağını əsaslandırmaq üçün Ukraynada 7 trilyon dollarlıq (?) nadir torpaq elementləri və digər qiymətli metallar olduğunu vurğulayaraq bildirirdi ki, strateji əhəmiyyətli bu metalların Rusiyanın və ya Çinin əlinə keçməsinə imkan vermək olmaz”.

Ekspert vurğulayır ki, Ukraynada nadir torpaq elementləri var. Onun sözlərinə görə, söhbət mikroçip, elektromobil, smartfon və digər yüksək texnoloji məhsulların istehsalında, hərbi və kosmik sənayedə, atom energetikasında istifadə olunan litium, kobalt, uran, qrafit, titan və sair metallardan gedir: “Lakin məsələ burasındadır ki, bu sahədə kəşfiyyat və hasilat işləri asan və qısamüddətli proses deyil. Müqavilənin imzalanması, ABŞ şirkətlərinin Ukraynaya gəlməsi və lazımi avadanlıqlar, mütəxəssislər gətirməsi, hasilat üçün zəruri infrastrukturun yaradılması, hasilata başlanılması üçün illər lazımdır. Bütün bu işləri Trampın səlahiyyət müddəti dövrünə sığışdırmaq mümkün deyil. Tramp senator Qremin və Zelenskinin danışdığı bu hekayəyə həqiqətən inanıb, yoxsa öz auditoriyasına “baxın, mən Ukraynaya yardımları Bayden kimi boşuna vermirəm, əvəzində çox vacib şeylər əldə edirəm” deyə bilmək üçün belə davranır, vacib deyil. Vacib olan Ukraynaya ABŞ yardımlarının davam etməsidir. Bu, onu göstərir ki, Trampın çevrəsindəki bəzi adamların ciddi əngəllərinə rəğmən, sistem işləyir”.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Fevral 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri