Icma.az
close
up
RU
Hərbi zavod vuruldu, hava limanları bağlandı Ukrayna Rusiya hərbi sənayesinə ardıcıl zərbələr endirir

Hərbi zavod vuruldu, hava limanları bağlandı Ukrayna Rusiya hərbi sənayesinə ardıcıl zərbələr endirir

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

İyunun 9-na keçən gecə Rusiyanın Çuvaşiya Respublikasının paytaxtı Çeboksarı şəhərində yerləşən “VNIIR-PROGRESS” elmi-istehsalat müəssisəsi Ukrayna ordusunun dron hücumuna məruz qalıb. Hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib və iş müvəqqəti dayandırılıb.

Bu hadisə Rusiya ərazisində yerləşən hərbi və hərbi sənaye obyektlərinə qarşı Ukraynanın dron əməliyyatlarının davam etdiyini göstərir. Məlumata görə, zərərçəkmiş “VNIIR-PROGRESS” zavodu Rusiya Silahlı Qüvvələri üçün yüksək dəqiqlikli silah sistemlərində istifadə edilən naviqasiya və nəqliyyat avadanlıqları istehsal edir. Bu da hücumun sırf hərbi məqsəd daşıdığını və strateji obyektə yönəldiyini təsdiqləyir.

Hadisə şahidlərinin sosial şəbəkələrdə yaydığı videolarda dronların şəhər üzərindən uçuşları və müəssisənin ərazisində başlayan yanğın aydın görünür. Çuvaşiyanın rəhbəri Oleg Nikolayev “Telegram” kanalında hücumu təsdiqləyərək təhlükəsizlik səbəbindən zavodun fəaliyyətinin dayandırıldığını bildirib. Onun sözlərinə görə, daha iki dron Çeboksarı və Krasnoarmeysk rayonlarının açıq sahələrinə düşüb. Ölən və ya xəsarət alan yoxdur.

Rusiya Müdafiə Nazirliyi yalnız Çuvaşiyada deyil, həm də Kursk, Nijniy Novqorod, Voronej, Orlov, Bryansk və Belqorod vilayətlərində ümumilikdə 49 Ukrayna dronunun məhv edildiyini iddia edir. Voronej vilayətinin qubernatoru Aleksandr Qusev isə bildirib ki, dron qalıqları qaz kəmərinə, bir neçə fərdi evə və avtomobilə zərər yetirib.

Bu hücumların fonunda Rusiyanın dörd böyük şəhərindəki hava limanlarında bir neçə saatlıq uçuşların qəbulu və göndərilməsi məhdudlaşdırılıb. Bu da Ukrayna pilotsuz aparatlarının Rusiya hava məkanında ciddi təhdid yaratdığını və logistika sisteminə təsir göstərdiyini sübut edir.

Son aylar ərzində Ukrayna Rusiya ərazisində yerləşən yanacaq bazaları, zavodlar, hərbi hissələr və logistika mərkəzlərinə pilotsuz uçuş aparatları ilə mütəmadi şəkildə zərbələr endirir. Bu hücumlar Ukraynanın dərinlikdə yerləşən strateji hədəflərə zərbə vurmaq imkanlarının artdığını, Rusiyanın isə arxa cəbhəsini müdafiə etməkdə getdikcə daha çətinlik çəkdiyini ortaya qoyur.

Ekspertlərə görə, “VNIIR-PROGRESS” kimi müəssisələrin sıradan çıxarılması Rusiya ordusunun yüksək dəqiqlikli silah istehsalını və texniki təminatını yavaşlatmaqla yanaşı, psixoloji təsir də göstərir. Bu cür hücumlar Rusiya əhalisi arasında təhlükəsizlik hissinin zəifləməsinə və müharibənin yalnız Ukrayna ərazisində deyil, Rusiyanın daxilində də hiss olunmasına gətirib çıxarır.

Nəticə etibarilə, Çeboksarıdakı dron hücumu həm hərbi, həm də informasiya müharibəsi baxımından Ukraynanın təşəbbüsü ələ almağa davam etdiyini göstərir. Rusiya Müdafiə Nazirliyinin rəqəmlərlə dolu bəyanatları isə real təhlükəsizlik zəifliklərini ört-basdır etmək üçün istifadə olunan siyasi ritorikaya çevrilməkdədir.

Rasim Əliyev

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 İyun 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri