Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Hərbi Zəfərdən dövlət suverenliyinin tam bərpasına ŞƏRH

Hərbi Zəfərdən dövlət suverenliyinin tam bərpasına ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın müasir tarixində 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri bir-biri ilə sıx bağlı olan, dövlətçilik tariximizin taleyüklü mərhələlərini təşkil edən hadisələrdir. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə torpaqlarımızın işğaldan azad edilməsinə yol açdısa, 2023-cü ilin antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin bütün ərazisində tam bərpasını təmin etdi. Beləliklə, xalqımızın uzun illər davam edən mübarizəsi yeni tarixi nəticə ilə tamamlandı.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzü ilə üzləşmiş, ərazilərinin bir hissəsini itirmişdi. Otuz ilə yaxın davam edən işğal dövründə ölkəmiz beynəlxalq hüquqa əsaslanan mövqeyini ardıcıl şəkildə müdafiə etdi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunsa da, bu qərarların icrası təmin edilmədi. Uzun illər davam edən danışıqlar prosesi də münaqişənin həllinə gətirib çıxarmadı.
2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi bu vəziyyəti köklü şəkildə dəyişdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində böyük qəhrəmanlıq göstərərək torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyində həlledici mərhələ oldu. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat əsasında Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. Bununla da ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticə əldə edildi.
Lakin Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında daha bir mühüm vəzifə dayanırdı: ölkənin bütün ərazisində dövlət suverenliyinin tam təmin olunması. Çünki Qarabağ iqtisadi rayonunun bir hissəsində separatçı rejim fəaliyyətini davam etdirir, Ermənistanın silahlı birləşmələri və qeyri-qanuni hərbi birləşmələr regionda təhlükəsizlik üçün təhdid yaradırdı. Azərbaycan dövləti dəfələrlə bu qanunsuz fəaliyyətə son qoyulmasının, ərazilərimizdəki silahlı qüvvələrin çıxarılmasının və reinteqrasiya prosesinin təmin edilməsinin vacibliyini bəyan etmişdi.
Bu istiqamətdə atılan mühüm addımlardan biri 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması oldu. Məntəqənin yaradılması Azərbaycanın dövlət sərhədlərinə nəzarət imkanlarını gücləndirdi və ölkənin suveren hüquqlarının həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Bu addım həm də regionda təhlükəsizliyin təmin olunması və qanunsuz hərəkətlərin qarşısının alınması istiqamətində dövlətin prinsipial mövqeyinin ifadəsi idi.
2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu tədbirlərin əsas məqsədi ölkəmizin suveren ərazilərində qanunsuz silahlı birləşmələrin fəaliyyətini dayandırmaq, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılmasını təmin etmək və konstitusiya quruluşunu bərpa etmək idi. Ordumuzun qısa müddətdə həyata keçirdiyi əməliyyat nəticəsində qarşıya qoyulmuş hərbi vəzifələr yerinə yetirildi. Sentyabrın 20-də əldə olunmuş razılaşma əsasında separatçı qüvvələrin silahı yerə qoyması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi prosesi başlandı.
Prezident İlham Əliyev bu tarixi hadisənin mahiyyətini belə ifadə etmişdir: “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.”
Bu fikir 2023-cü ilin sentyabrında baş verən hadisələrin siyasi və hüquqi əhəmiyyətini aydın şəkildə ortaya qoyur. Azərbaycan öz ərazisində qanunsuz silahlı strukturların mövcudluğuna son qoyaraq konstitusiya quruluşunun bərpasını təmin etdi. Beləliklə, 2020-ci ildə başlanmış tarixi proses yeni mərhələyə qədəm qoydu və dövlətimizin suverenliyi bütün ölkə ərazisində tam bərpa edildi.
Antiterror tədbirləri Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin də mühüm nəticəsi idi. Hər bir müstəqil dövlət öz ərazi bütövlüyünü və suverenliyini qorumaq, konstitusiya quruluşunu təmin etmək hüququna malikdir. Azərbaycan bu hüququ öz ərazisində həyata keçirdi. Ölkəmizin bütün ərazilərində dövlət qanunlarının və idarəetmə sisteminin bərqərar olması vahid hüquqi məkanın təmin edilməsi baxımından da mühüm əhəmiyyət daşıyırdı.
Dövlət suverenliyinin tam bərpası ilə Qarabağda yeni mərhələnin əsası qoyuldu. İllərlə qanunsuz separatçı idarəetmənin mövcud olduğu ərazilərdə dövlət qurumlarının fəaliyyəti genişləndi, təhlükəsizlik və hüquq-mühafizə tədbirləri gücləndirildi. Regionun sosial-iqtisadi inkişafı, infrastrukturun yenidən qurulması və əhalinin təhlükəsiz yaşayışının təmin edilməsi istiqamətində genişmiqyaslı işlərə başlanıldı. Bununla da hərbi uğur dövlət quruculuğu və bərpa prosesinin yeni imkanlarını yaratdı.
2020-ci il Vətən müharibəsi ilə 2023-cü ilin antiterror tədbirləri Azərbaycan dövlətinin qətiyyətini, ordusunun gücünü və xalqının milli iradəsini nümayiş etdirdi. Bu iki tarixi hadisə bir-birini tamamlayaraq ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasına gətirib çıxardı. Azərbaycan xalqı uzun illər gözlədiyi tarixi ədalətə nail oldu, dövlətimizin müstəqilliyi və suverenliyi daha da möhkəmləndi.
Bu gün 8 Noyabr – Zəfər Gününü qeyd edərkən 44 günlük Vətən müharibəsinin nəticələrini yalnız azad edilmiş torpaqlarla ölçmək kifayət deyil. Həmin Qələbə 2023-cü ildə dövlət suverenliyimizin tam bərpasına aparan yolun əsasını qoydu. Zəfərimiz Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü və suveren hüquqlarını qorumaq əzminin, xalqımızın birliyinin və ordumuzun qüdrətinin tarixi təcəssümüdür. Bu nailiyyət müasir Azərbaycan dövlətçiliyinin ən mühüm səhifələrindən biri kimi daim yaşayacaq.

Ağababa Babayev,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Neftçala Elektrik Şəbəkəsinin rəisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see909

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see500

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see356

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see322

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see296

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see292

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see278

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see267

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see266

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see259

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see251

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see248

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see246

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see235

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see230

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see228

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see228

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see206

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see198

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri