Icma.az
close
up
RU
Hərəkətsizlik xəstəliklərin başlıca səbəbidir travmatoloqdan vacib tövsiyələr

Hərəkətsizlik xəstəliklərin başlıca səbəbidir travmatoloqdan vacib tövsiyələr

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 7 aprel, AZƏRTAC

Fiziki aktivlik insan sağlamlığının ən vacib şərtlərindən biridir. O, yalnız bədəni formada saxlamaq üçün deyil, həm də ümumi rifahı yaxşılaşdırmaq, enerji potensialını yüksəltmək və daha sağlam həyat tərzi yaşamaq üçün vacibdir. Mütəmadi hərəkət etdikdə orqanizmdə qan dövranı yaxşılaşır, əzələlər güclənir və ürək daha effektiv işləməyə başlayır.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Valid Novruzov deyib.

O qeyd edib ki, hərəkət azaldıqca bədən passivləşir, maddələr mübadiləsi yavaşlayır və müxtəlif sağlamlıq problemləri yaranmağa başlayır: “Məsələn, uzun müddət hərəkətsiz qalan insanlarda çəki artımı, oynaq problemləri müşahidə oluna bilər. Bundan əlavə, idman etmək zehni sağlamlıq üçün də faydalıdır. Çünki hərəkət zamanı bədəndə insanı xoşbəxt hiss etdirən hormonlar ifraz olunur, özünü daha pozitiv hiss etməsinə kömək edir, stres azalır, yuxu rejimi normallaşır və ümumi həyat keyfiyyəti artır.

Mütəmadi fiziki aktivlik bir çox xəstəliklərin qarşısını almağa kömək edir. Məsələn, ürək-damar problemləri hərəkətsiz həyat tərzi ilə birbaşa əlaqəlidir. İnsan nə qədər az hərəkət edirsə, damarlarında qan dövranı bir o qədər zəifləyir. Bu da yüksək qan təzyiqinə, infarkt və insult kimi problemlərə səbəb ola bilir. Hərəkət həm də çəkinin normada qalmasına kömək edir və artıq çəkidən qaynaqlanan şəkərli diabet xəstəliyinin qarşısını alır. Sümüklər və əzələlər də hərəkətsiz qaldıqda zəifləyir. Bu isə yaşlandıqca sağlamlıq problemləri yarada bilər”.

Travmatoloq bildirib ki, fiziki aktivlik yalnız fiziki xəstəliklərin deyil, həmçinin psixoloji problemlərin də qarşısını alır. Davamlı şəkildə idman edən insanlarda depressiya və stres daha az olur. Çünki fiziki fəaliyyət zamanı beyində “xoşbəxtlik hormonları” kimi tanınan maddələr ifraz olunur. Hərəkət azaldıqca isə bədəndə artıq enerji toplanır, bu da piylənməyə səbəb olur. Çəki artdıqca oynaq problemləri, bel ağrıları və digər problemləri ortaya çıxa bilər.

“Yaşlandıqca bədən əvvəlki kimi çevik olmur və bəzi fiziki fəaliyyətlər riskli ola bilər. Buna görə də, yaşlılar üçün ən uyğun idman növləri oynaq və sümüklərə yük salmayan, lakin bədəni gücləndirən məşqlərdir. Gəzinti ən yaxşı seçimlərdən biridir, çünki təhlükəsiz və effektivdir. Gündəlik gəzinti oynaq sağlamlığını qorumağa kömək edir. Suda edilən hərəkətlər də çox faydalıdır, çünki suyun dəstəyi ilə bədən daha az yüklənir. Su aerobikası və ya üzgüçülük, bədənə əlavə yük salmadan əzələləri gücləndirir və bədən elastikliyini qoruyur. Həmçinin yüngül dartınma hərəkətləri və ya sadə gimnastika məşqləri yaşlı insanların daha sağlam və gümrah qalmasına kömək edə bilər. Yaşlı insanlar hərəkətsiz qaldıqca əzələlər zəifləyir, buna görə də gündəlik az da olsa fiziki aktiv olmaq çox vacibdir”, - deyə o əlavə edib.

Mütəxəssisin sözlərinə görə, idman edən insanlar qidalanmalarına diqqət yetirməlidirlər, çünki bəzi qidalar məşqin effektivliyini azalda bilər: “Qazlı və şəkərli içkilər bədəni susuzlaşdırır və enerjini müvəqqəti artırsa da, tez bir zamanda yorğunluq yaradır. Qızardılmış yeməklər həzm sistemini yükləyərək məşqdən əvvəl və sonra ağırlıq hissi yaradır. Həmçinin süni qatqılar və konservantlarla zəngin olan məhsullar bədəndə lazımsız maddələrin toplanmasına səbəb ola bilər. Buna görə də, idman edərkən təbii və balanslı qidalar qəbul etmək vacibdir. Təzə meyvə-tərəvəz, protein mənbələri və bol su içmək daha yaxşı seçimdir.

İdman saatı fərdi seçimdən və insanın gündəlik rejimindən asılıdır. Səhər idmanı maddələr mübadiləsini sürətləndirir və günə enerjili başlamağa kömək edir. Səhər fiziki fəaliyyət göstərən insanlar gün ərzində daha aktiv və məhsuldar ola bilirlər.

Axşam saatlarında idman isə gün ərzində yığılan stresi azaltmağa kömək edir. Axşam məşq edən insanlar günün sonunda rahatlıq hiss edir və daha yaxşı yuxuya gedirlər. Lakin yatmazdan əvvəl məşq etmək bəzi insanların yuxu rejimini poza bilər.

Əsas məsələ gün ərzində bədənin hərəkətsiz qalmamasıdır. İstər səhər, istərsə də axşam idman etmək insanın sağlamlığına müsbət təsir göstərəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri