Icma.az
close
up
RU
Hərracda milyonlar dövr edirmiş...

Hərracda milyonlar dövr edirmiş...

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ədliyyə Nazirliyi son 6 ayda “Elektron Hərrac Portalı” (www.herrac.gov.az) vasitəsilə əldə olunan nəticələri açıqlayıb.

Hərrac prosesi rəqəmsallaşandan sonrakı yarım ildə ümumi dəyəri 100 milyon manata yaxın olan 140 əmlak satılıb. 308 vətəndaş və şirkət artıq bu imkanlardan yararlanıb.

Bütün bunlar da əlbəttə, təkcə məhkəmə qərarlarının icrasını sürətləndirməyib, eyni zamanda vətəndaşlar üçün də yeni imkanlar yaradıb.

Hər bir şəxs bu prosesdə iştirak edə bilir. Bunun üçün sadəcə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq, 15 manat rüsum ödəmək və hərraca çıxarılan əmlakın kiçik faizi həcmində beh ödəmək lazım gəlir. Hər hansı xüsusi rəqəmsal bacarıqlara ehtiyac yoxdur.

Hərrac açıq auksion formasında elektron qaydada keçirilir.

Beh sonradan geri qaytarılır.

Xatırladıram ki, əvvəllər bu proses yetərincə qapalı, separat sövdələşmələr və öncədən müəyyən olunanların qalib gəlməsilə başa çatırdı.

Məhkəmə qərarları ilə müsadirə olunan daşınar və daşınmaz əmlakların (avtomobil, mənzil, qeyri-yaşayıs sahəsi, fərdi evlər və s.) necə satılmasından, kimə satılmasından heç kimin xəbəri olmurdu.

Heç bir hesabatlılıq və şəffaflılıqdan söhbət gedə bilməzdi. Adi bir vətəndaşın bu prosesdə iştirakı və uğur qazanması ehtimalı sıfra bərabər idi.

İndi məlum olur ki, o zaman deyilənlər doğruymuş, həqiqətən də hərracda milyonlar dövr edirmiş.

Elə idi də hərrac elanlarına göz gəzdirəndə milyonluq, yüz minlərlə dəyəri olan əmlakların və avtomobillərin daha sərfəli qiymətə hərraca çıxarıldığını görmək olar.

Düşünürəm ki, bu prosesi diqqətlə izləməklə və iştirak etməklə xeyli uğur əldə etmək mümkündür.

Yalan-doğru, bəzi dairələrdə danışırdılar ki, hərracın rəqəmsallaşmasının qarşısını almaq məqsədilə nazir Fərid Əhmədova təsir etmək üçün də cəhdlər olub.

Lakin göründüyü kimi artıq bu sistem oturuşub. Ədliyyə Nazirliyi yetərincə mükəmməl, hər kəs üçün əlçatan olan və şəffaf bir satış sistemini qura bilib.

Qaydalara görə hərracın keçirilməsini sifariş edən icra məmuru, onun təmsil etdiyi qurumun, hərrac təşkilatçısının və Portalın sahibinin, onun operatorunun əməkdaşları, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxs və bütün qeyd olunan şəxslərin qohumları hərracda iştirak edə bilməz.

Düşünürəm ki, vətəndaşlar üçün də çox maraqlı və faydalı bir prosesdir.

Hərrac iştirakçıları bazar qiymətindən xeyli aşağı əmlak və maşın əldə etməklə həm daha uyğun şərtlərlə şəxsi ehtiyaclarını qarşılaya bilər, yaxud da qazandıqlarını sonradan satışa çıxarmaqla xeyli gəlirlər əldə edə bilər.

Osman GÜNDÜZ,
Azərbaycan İnternet Forumunun prezidenti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 İyun 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see392

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see266

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see263

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see259

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see259

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see255

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see254

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see252

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see250

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see249

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see238

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see230

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see228

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see228

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see228

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see227

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see226

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see224

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri