Hersoqdan Netanyahunun əfv olunması ilə bağlı təklif KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrail Prezidenti İsxak Hersoq Baş nazir Benyamin Netanyahunun iki ildən sonra siyasətdən tamamilə uzaqlaşması müqabilində əfv olunmasını nəzərdə tutan siyasi saziş irəli sürüb.
KONKRET.az xəbər verir ki, bu barədə 14-cü kanalın müxbiri Moti Kastel məlumat yayıb.
İddiaya görə, Hersoq iki ilə yaxındır pərdəarxası şəkildə rotasiya əsasında milli birlik hökumətinin qurulması planını təşviq edir. Plana əsasən, Netanyahu ilk iki il ərzində hökumətə rəhbərlik etməli, daha sonra siyasətdən birdəfəlik getməli və barəsində açılmış cinayət işləri üzrə prezident tərəfindən tam əfv olunmalıdır.
Ancaq İsrail Prezidentinin Administrasiyası yayılan məlumatları kəskin şəkildə təkzib edib. Mətbuat xidməti bu xəbəri “tamamilə yalan” adlandıraraq hazırda belə bir təklifin gündəlikdə olmadığını açıqlayıb.
Bu iddialar Çərşənbə günü keçirilən Knesset seçimindən sonra yaranan siyasi böhran fonunda gündəmə gəlib. Belə ki, nə Netanyahunun bloku, nə də müxalifət parlamentdə aydın üstünlük qazana bilməyib. Yekun mandat bölgüsü hərbi qulluqçuların və digər xüsusi seçicilərin səslərinin (“qoşa zərflər”) tam sayılmasından sonra bəlli olacaq.
Analitiklər bildirirlər ki, tərəflərdən heç biri koalisiya qura bilməzsə, bu cür rotasiya sxemi böhrandan çıxış yollarından birinə çevrilə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 29 Oktyabr 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















