Hesabat: Sülhməramlı qüvvələrin sayı son 25 ilin minimumuna düşüb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 25 may, AZƏRTAC
Sülhməramlı əməliyyatlarda iştirak edən beynəlxalq şəxsi heyətin sayı 2025-ci ildə son 25 ilin ən aşağı səviyyəsinə enib.
AZƏRTAC xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu tərəfindən yayımlanan hesabatda bildirilir.
Məlumata görə, 2025-ci il 31 dekabr tarixinə sülhməramlı əməliyyatlarda 78 min 633 nəfər xidmət edib. Bu göstərici 2016-cı illə müqayisədə 49 faiz azalma deməkdir və 2000-ci ildən bəri ən aşağı səviyyə hesab olunur.
Qeyd edilir ki, geosiyasi gərginliklər, siyasi təzyiqlər və maliyyə problemləri çoxtərəfli sülhməramlı missiyaların fəaliyyətinə mənfi təsir göstərir.
Hesabata əsasən, 2025-ci ildə 34 ölkə və ərazidə 58 sülhməramlı missiya fəaliyyət göstərib. Şəxsi heyətin 73 faizi beş əsas missiyada xidmət edib.
İnstitut, həmçinin BMT-nin sülhməramlı əməliyyatlarının ciddi maliyyə böhranı ilə üzləşdiyini vurğulayır. Bildirilir ki, 2025-ci ilin iyul ayında büdcə kəsiri 2 milyard dollara çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:250
Bu xəbər 25 May 2026 06:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















